Talib Zeynalov (23 avqust 2004, Bakı) — Azərbaycanı təmsil edən pauerliftinqçi. 2023-cü il Dubayda keçirilən Dünya Çempionatında Avropa Rekordunu yeniləyib.[1] Avropa çempionu, Dünya Kubokunun qalibi, dünya 2-cisi.[2]
Talib Zeynalov | ||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Talib Ramin oğlu Zeynalov | ||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||
Tam adı | Talib Ramin oğlu Zeynalov | |||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||
Doğum yeri | Bakı, Azərbaycan | |||||||||||||||||||
Təhsili | Bakı Dövlət Universiteti | |||||||||||||||||||
Boyu | 170 sm. | |||||||||||||||||||
İdman növü | Pauerliftinq | |||||||||||||||||||
Məşqçisi | İlqar İbişov (şəxsi) | |||||||||||||||||||
Medallar
|
Talib Zeynalov 23 avqust 2004-cü ildə Bakı şəhərində hərbçi ailəsində doğulub. III qrup əlildir.[3] 2021-ci ildə Bakı Dövlət Universiteti Tarix fakültəsinin Regionşünaslıq ixtisasına qəbul olub.[4] 2019-cu ildən Azərbaycan Milli Paralimpiya Komitəsinin tərkibində olan parapauerliftinq (ağırlıq qaldırma) idman növü ilə məşğul olur.[5] Şəxsi məşqçisi İlqar İbişovdur.[6]
14 noyabr 2019-cu ildə V Uşaq Paralimpiya İdman Oyunlarında 105 kq çəki qaldıraraq qızıl medal qazanıb.[7] 24 dekabr 2021-ci ildə VI Uşaq Paralimpiya İdman Oyunlarında 138 kq çəki qaldıraraq qızıl medal və kubok qalibi olmuşdur.[8] 2022-ci il 24–28 sentyabr tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirilən Açıq Avropa Çempionatında +107 kq çəki kateqoriyasında 155 kq çəki qaldıraraq qızıl medal sahibi olmuş və eyni zamanda rus idmançının rekordunu yeniləyib yeni avropa rekorduna imza atmışdır. 29 aprel — 1 may 2023-cü il tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya Kubokunda 146 kq çəki qaldıraraq qızıl medala sahiblənmişdir. 22–30 avqust 2023-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Çempionatında +107 kq çəki dərəcəsində 160 kq çəki qaldıraraq gümüş medala sahiblənsə də avropa rekordunu yenidən yeniləmişdir.