Tamanyan küçəsi (erm. Թամանյան փողոց) — Ermənistanın İrəvan şəhərində yerləşən küçə. İrəvanın mərkəzi Kentron rayonunda yerləşən, İrəvan kaskadını şimaldan Moskovyan küçəsinin cənubu ilə birləşdirir. Küçə öz adını İrəvanın baş memarı olmuş Aleksandr Oqanesoviç Tamanyanın şərəfinə adlandırılmışdır. Tamanyana qoyulan abidə küçənin əvvəlində yerləşir. Abidə 1974-cü ildə qoyulmuşdur[1].
Tamanyan küçəsi faktiki olaraq Şimal prospektinin davamını təşkil edir[2]. Şimala doğru Moskovyan küçəsinə uzanır. İsaakyan küçəsi ilə kəsişərək İrəvan kaskadına uzanır. Tamanyan küçəsinin uzunluğu 200 metr, eni isə 55 metr təşkil edir.
Tamanyan küçəsinin planlaşdırılması hələ 1924-cü ildə gerçəkləşdirilmişdi. Bu küçə şəhərin mərkəzi və şimal hissəsini İrəvan kaskadı ilə birləşdirir. Küçə 1960-cı illərdə təşkil edilsədə, Kaskad ansamlı sonrakı dövrlərdə tamamlanmışdır. Küçədə bulvar, fontan və güllərlə bəzədilmişdir. Teatralnı meyanına açılan hissədə iki doqüuz mərtəbəli qüllə vardır (aritektorları О. Babacanyan və V. Qusyan)[2].
Küçənın başlanğıcında Aleksandr Tamanyanın abidəsi qoyulmuşdur. 1974-cü ildə heykəltaraş Artaşes Avaqoviç Ovsenyan və mühəndis S. Petrosyan tərəfindən hazırlanmışdır.
Küçənin kənarında Rafesçyan incəsənət mərkəzinin həyətində "Rafesçyanın heykəlləri" adlı bağ yerləşir. Küçə Kaskad pilləkən komplenksində bitir. Heykəllər parkı 2009-cu ildə[3] açılmışdır. Burada bir çox tanınmış heykəltaraşların ərərləri qoyulmuşdur. Əsərlərin bir qismi kolumbiyalı heykəltaraş Fernando Boteroya məxsusdur: "Pişik"[4], "Roma əsgəri"[5] və "Siqaret çəkən qadın".
Tamanyan küçəsində "Rus incəsənəti muzeyi" yerləşir.
Küçədə çoxlu sayda kafe, mağaza, bar, restoran və digər iaşə obyektləri vardır.