Tamara "Tako" Qaçeçiladze (gürc. თამარა "თაკო" გაჩეჩილაძე, 17 mart 1983[1], Tbilisi) — Gürcüstan müğənnisi, bəstəkarı və aktrisası. O, Gürcüstanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Tamara Qaçeçiladze | |
---|---|
gürc. თამარა გაჩეჩილაძე | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Tamara Qaçeçiladze gürc. თამარა გაჩეჩილაძე |
Ləqəbləri |
Tako Qaçeçiladze gürc. თაკო გაჩეჩილაძე |
Doğum tarixi | 17 mart 1983[1] (41 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar, aktrisa |
Fəaliyyət illəri | 2008–h.h. |
Janr | |
Musiqi aləti | vokal |
Əlaqəsi | Stephane & 3G |
Vikianbarda əlaqəli mediafayllar |
Tamara Qaçeçiladze vətəni olan Gürcüstanı 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edə bilmək üçün Gürcüstanın GPB telekanalının təşkil etdiyi milli seçim turunda "Me and My Funky" adlı mahnı ilə iştirak etmiş və onuncu yerdə qərarlaşaraq, yarışmada məğlub olmuşdur. Daha sonra müğənni 2009-cu ildə "Stephane & 3G" qrupunun üzvü olaraq Gürcüstanın Avroviziya üçün keçirdiyi milli seçim turuna yenidən qatılmışdır. Qrup ifa etdikləri "We Don't Wanna Put In" mahnısı ilə seçim turunda qələbə qazansa da, mahnının siyasi mesaj daşıması səbəbindən Gürcüstanın müsabiqədə iştirakı təxirə salınmışdır.
Tamara Qaçeçiladze "Keep the Faith" mahnısı ilə Gürcüstanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir[2]. Müğənni 9 may tarixində baş tutan yarımfinal mərhələsində səhnə almış və səsvermədə 11-ci yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir.
Tamar Qaçeçiladze 17 mart 1983-cü ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olmuşdur.
Mahnı adı | İl |
---|---|
"Me and My Funky" | 2008 |
"Keep the Faith" | 2017 |
Əvvəlki: Nika Kocharov & Young Georgian Lolitaz "Midnight Gold" |
Gürcüstan Avroviziya Mahnı Müsabiqəsində 2017 |
Sonrakı: İriao "Sheni Gulistvis" |