Tamara Yandiyeva

Tamara Yandiyeva (tam adı: Tamara Xavajovna Yandiyeva, rus. Тама́ра Хава́жовна Янди́ева; 23 iyul 1955, Karaqanda) — SSRİRusiya aktrisası, İnquşetiyanın xalq artisti (2002).

Tamara Yandiyeva
Doğum tarixi (68 yaş)
Doğum yeri Karaqanda, Qazaxıstan SSR, SSRİ
Vətəndaşlığı
Fəaliyyəti aktrisa
müğənni
Fəaliyyət illəri 1970-ci ildən
Mükafatları "Dostluq" ordeni
Rusiya Federasiyasının əməkdar artisti
IMDb ID0945912
yandieva.ru

Tamara Yandiyeva 1955-ci ildə Qazaxıstanın Karaqanda vilayətində dünyaya gəlib. Sovet və Rusiya aktrisası, estrada mahnıları ifaçısı olan T.Yandiyeva Çeçen-İnquş Respublikasının, Abxaziya, Şimali Osetiya və Rusiya Federasiyasının əməkdar, İnquşetiyanın xalq artistidir. Vokalçı kimi ilk dəfə o vaxt “Loam” qrupunun üzvü olan Ruslan Naurbiyevlə ifa etdiyi "Xyu sayran xita eça" ("Sən çeşmə başına gələndə") mahnısı ilə bütün Qafqazda tanınan T.Yandiyevanın yaradıcılığının 30 illiyi 2010-cu ilin dekabrında Moskvada qeyd edilib. Bu vaxta qədər "Saxyat" ("Saat"), "Malxa İlli" ("Günəşə həsr olunmuş nəğmələr"), "Pir doaqa malx" ("Parlayan günəş") adlı üç albom buraxdıran T.Yandiyeva bu gün də ifaçılıq fəaliyyətini davam etdirir. T.Yandiyeva çəkildiyi 18 filmin 16-da baş rolları canlandırıb: "Odlu yollar", "Dağ novellası", "Babək", "Gözlə məni", "Əjdaha ili", "Müqəddəs dəmirçixananın zəngi", "Əgər sevirsənsə", "Məhəbbətin qəribəlikləri haqqında", "Şəhrizadın daha bir gecəsi", "Dağlarda uzun əks-səda", "Salam, Gülnarə Rəhimovna!", "Şəhrizadın yeni nağılları", "Şəhrizadın son gecəsi", "Xoca Nəsrəddinin qayıtması", "Adjubanın qara şahzadəsi", "Valtasar ziyarəti və ya Stalinlə bir gecə".

  1. Dağ novellası (film, 1979)
  2. Babək (film, 1979)
  3. Gözlə məni (film, 1980)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]