Babək tammetrajlı bədii filmi rejissor Eldar Quliyev tərəfindən 1979-cu ildə ekranlaşdırılmışdır.[1] Film "Mosfilm" və "Azərbaycanfilm" kinostudiyalarının birgə məhsuludur. Babəkin azadlıq hərəkatı filmin əsasını təşkil edir. Azərbaycan SSR-in ən bahalı filmidir. Filmdə əsas rolları Rasim Balayev, Həsənağa Turabov, Amaliya Pənahova, Tamara Yandiyeva, Şahmar Ələkbərov, Məmməd Verdiyev, Hamid Azayev və Ənvər Həsənov ifa edirlər.
Film Azərbaycan xalqının qəhrəman oğlu, görkəmli sərkərdə və siyasi xadim Babəkə ithaf olunmuşdur. Burada qəhrəmanın həyat yolu və fəaliyyəti öz əksini tapmışdır.[2][3]
- Filmə Rusiya SFSR 650 min, Azərbaycan SSR isə 1 milyon rubl ayırmışdır.
- Film 1-ci kateqoriya almışdır.
- Filmin bir il ərzində 35 milyon tamaşaçısı olub.
- Film 60-a yaxın ölkə tərəfindən alınmışdır.
- Ssenari müəllifi: Ənvər Məmmədxanlı
- Rejissor: Eldar Quliyev
- Operator: Rasim İsmayılov
- Rəssam: Mayis Ağabəyov
- Bəstəkar: Polad Bülbüloğlu
- Rasim Balayev — Babək əl-Xürrəmi
- Həsənağa Turabov — Afşin
- Amaliya Pənahova — Zərnisə
- Tamara Yandiyeva — Pərvin
- Şahmar Ələkbərov — Cavidan
- Məmməd Verdiyev — Buğday
- Hamid Azayev — Əzrək
- Ənvər Həsənov — Tərxan
- Hamlet Xanızadə – Xəlifə Mötəsim
- Hacımurad Yegizarov – Xəlifə Məmun
- Səməndər Rzayev – İbn Bəis
- Hacı Xəlilov – İbn Boyat
- Ramiz Məlikov – Səhl ibn Sumbat
- Eldəniz Rəsulov – Azin
- Muxtar Maniyev – İbn Muaz
- Əliabbas Qədirov – Fəzl
- Bahadur Əliyev – Divdad
- Mikayıl Mirzə – minbaşı
- Yaşar Məmmədov – Əbu İmran
- Gündüz Abbasov – Pərvinin atası
- Elxan Əhədzadə — igid Baxsis
- Gümrah Rəhimov — yaraqlı
- Süleyman Ələsgərov (aktyor) - Xürrəmili
- Əli Zeynalov - Xəlifə Məmunun adamı
- Həsən Məmmədov — Xəlifə Məmun (Hacı Murad Yagizarov) (titrlərdə yoxdur)
- Tariyel Qasımov — Tərxan (Ənvər Həsənov) (titrlərdə yoxdur)
- Həsən Əbluc — igid Baxsis (Elxan Əhədzadə) (titrlərdə yoxdur)
- Xalidə Quliyeva — Pərvin (Tamara Yandiyeva) (titrlərdə yoxdur)
- Pərviz Bağırov — Buğday (Məhəmməd Verdizadə) (titrlərdə yoxdur)
- Sadıq Hüseynov — Pərvinin atası (Gündüz Abbasov) (titrlərdə yoxdur)
- Elxan Ağahüseynoğlu — yaraqlı (Gümrah Rəhimov) (titrlərdə yoxdur)
- Əliabbas Qədirov — Əzrək (Hamid Azayev) (titrlərdə yoxdur)
- Əli Zeynalov — mətni oxuyan (titrlərdə yoxdur)
- ↑ "Babək" Belarus telekanalında nümayiş etdirilib: [Eldar Quliyevin quruluşunda] //Mədəniyyət.- 2015.- 7 avqust.- S.2.
- ↑ Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 142.
- ↑ Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh.101.
- B. Nəbiyev. "Babək". "Kommunist" qəzeti. 22 may 1980-ci il.
- "Bakı" qəzeti. 3 may 1981-ci il.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 16; 34; 154; 222.
- Eldəniz Quliyev, Canalı Mirzəliyev. Rasim Balayev. Bakı: 1999, səh. 58.
- "Mən və sən" qəzeti. 10 dekabr 1999-cu il.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 180; 196–201; 268; 271.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.