Tamartaş — İrəvan quberniyasının Aleksandropol qəzasında köçün (elatın) yaşadığı qışlaq adı. Yerli tələffüz forması Dəmirdaş.[1][2]
1728-ci ilə aid türkcə mənbədə Şirakel nahiyəsində Tomardaş kənd adıdır[3][4]. 1878-ci ildə qışlağın əhalisi qovulmuş və orada ermənilər yerləşdirilmişdir.[5] 1946-cı ildə kənd ermənicə Vardakar adlandırılmışdır. 1728-ci ilə aid mənbədə Tumar Taş kimidir.[6]Lakin həmin əsrə aid ermənicə mənbədə Tamir yazılmışdır. Yerli tələffüz forması Tomar=Daş. Türk dillərində tomar "otlaq bitkili sucaq yer" (belə yerlər, adətən, maldar ellərin yaylaq və qışlaqlarda düşərgə yerlərinə çevrilir), yaxud türkcə tomor-"torpaq sahəsi", "təpəcik"[7]sözlərindən biri ilə bağlıdır. Toponimdəki taş "daş", "qaya" sözü göstərir ki, bu adda tomor "təpəcik" sözü vardır. Qazaxıstanda Kara-Tomar[8], Türkmənistanda Tomar-övliyə[9] və Türkiyədə Van gölünün içərisində Ax-Tamar adasının adı ilə mənaca eynidir. Van gölünün içərisində Axtamar mənbələrdə X əsrdən məlumdur[10]. Axtamar adasının (IV əsrdə qala və XI–XIV əsrlərdə Axtamar monastırının) adı da məhz türk dillərində rəng bildirən aq (görünür, adanın vulkan mənşəli süxurunun ağımtıl rəngini bildirir) və tomor-"təpəcik" sözlərindən ibarətdir. Ona görə tədqiqatçıların bu adın erməni dilində "Vişab gölü" mənasın-da olması fikri[11]qondarmadır.[12]