Tamba Salçak (tuvaca: Тамба Өдекеевич Салчак, d. 25 oktyabr 1938 – ö. 16 mart 1983) – tuvalı şair, yazıçı və jurnalist.[1] Tuva Yazıçılar Birliyinin və SSRİ Jurnalistlər Birliyinin üzvü olmuşdur.
Tamba Salçak | |
---|---|
Тамба Өдекеевич Салчак | |
Doğum tarixi | |
Vəfat tarixi | (44 yaşında) |
Milliyyəti | Tuva türkü |
Fəaliyyəti | Yazıçı, şair, jurnalist |
Əsərlərinin dili | Tuva dili |
Tamba Ödekeyoğlu 15 mart 1918-ci ildə Tandı-Tıvanın Salçak bölgəsinin Kaa-Hemin Oştan kəndində anadan olmuşdur. Yayla ibtidai məktəbinin ilk sinfini oxuduqdan sonra SSRİ Altay krayının Oyrto-Turada kənd təsərrüfatı məktəbində təhsilini davam etdirmişdir. Daha sonra Qızıl şəhərindəki partiya məktəbindən də məzun olmuşdur.[2] Yeni Tuva yazısını öyrənmiş, partiya da katib kimi önəmli yazışmaları idarə etmişdir. 1951-ci ildən başlayıb, “Şın” qəzetində ədəbi əsərlərə nəzarət edilməsi işinə qəbul edilmiş və burada ümumilikdə 28 il çalışmışdır. İlk əsəri “Dongada kadık” 1955-ci ildə nəşr edilmişdir. Sonrasında “Meen ırım” (1956), “Şülükter” (1960), “Meen bayıım” (1960), “Çonnun ünü” (1968), “Biçii durgun” (1973), “Sayan çeçee” (1980), “Amırgalaar” (1978) adlı kitabları nəşr edilmişdir.[3] Kahar, Babayev, Kutuy kimi bir çox yazıçının əsərlərini tuvacaya tərcümə etmişdir.
1983-cü ilin mart ayının 16-da vəfat etmişdir.