Şullu Çırqal-ool Sat (tuvaca: Шулуу Чыргал-оол Сат, 15 sentyabr 1926, Uluğhem[d] – 18 may 1992)[1] – Tuvanın Uluğhem kojuununa bağlı Çaa-Höl beldesinin Kaşpal kəndində anadan olan tuvalı elm xadimi, ilk tuvalı professor,[2] filoloq və yazıçı. Tuva Dövlət Universitetinin Tuva dili və ədəbiyyatı fakültəsinin qurucusu və ilk dekanıdır.
Şullu Çırqal-ool Sat | |
---|---|
Шулуу Чыргал-оол Сат | |
Doğum tarixi | 15 sentyabr 1926 |
Doğum yeri |
|
Vəfat tarixi | 18 may 1992 (65 yaşında) |
Milliyyəti | Tuva türkü |
Təhsili |
|
Fəaliyyəti | alim, dilçi |
Əsərlərinin dili | Tıva dili |
İlk əsəri | Tıvа dıldа priçаstiyеlеr (1961) |
Mükafatları |
|
15 sentyabr 1926-cı ildə Tuvanın Uluğhem kojuununa bağlı Çaa-öl beldesinin Kaşpal kəndində anadan olmuşdur.[3][4][5] Uşaqlığı Ürbün, Kaşöal, Doozunnug, Adannıg-Art, Çinge deyilən yerlərdə keçmişdir. Çaa-Hölün yay məktəbində təhsil almağa başlamışdır. Çaa-Höl məktəbindən sonra Şagaan-Arlq məktəbinı keçmişdir. 1947-ci ildə Qızıl şəhərindəki Lenin adına məktəbi bitirmişdir.
Satın təhsil həyatı Leninqrad Dövlət Universiteti Şərqşünaslıq fakültəsində davam etmişdir. Universiteti bitirdikdən sonra Kaa-Hem kojuunun Sarıg-Sep orta məktəbində Tuva dili və vətən ədəbiyyatı müəllimi təyin edilmişdir. Bundan sonra elmi fəaliyyətini Tuva dili və ədəbiyyatı tarixi üzrə cəmləmişdir. Palmbahın redaktorluğu altında, ilk elmi əsəri olan "Tuvaca- Rusca qarşılaşdırılmalı lüğət"ini nəşr etdirmişdir.
Pedoqoji Milli Məktəblər İnistitutunda magistr təhsilini aldıqdan sonra 1959-cu ildən Qızıl şəhərinin pedoqoji inistitutunda işləməyə başlamışdır.[6]