Tamer Başar (19 yanvar, 1946[3], İstanbul) — Urbana-Şampeyn İllinoys Universitetində Elektrik və Kompüter Mühəndisliyi kafedrasının[4] professoru[5] və Perspektiv tədqiqatlar mərkəzinin[6][7] endoued professoru[8] vəzifələrini tutan Türk idarəetmə nəzəriyyəçisi.
Tamer Başar[1] | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Türkiyə |
Vətəndaşlığı |
Türk əsilli Amerikalı Türkiyə, ABŞ |
Milliyyəti | Türk |
Elm sahələri | Optimallaşdırma, Oyunlar nəzəriyyəsi və Avtomatik idarəetmə |
İş yerləri | |
Alma-mater | Boğaziçi Universiteti |
Təhsili |
Urbana-Şampeyn İllinoys Universiteti Boğaziçi Universiteti Yel Universiteti |
Tanınır | Qeyri-müəyyənliklə sistemlərin robast idarə edilməsi üçün dinamik oyunlar nəzəriyyəsi və onun tətbiqlərinin inkişafına görə |
Mükafatları |
|
Tamer Başar 1969-cu ildə İstanbulda yerləşən Boğaziçi Universitetində (əvvəllər Robert Kolleci kimi tanınırdı) elektrik mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi aldı. Yel Universitetindən Mühəndislik və tətbiqi elm sahəsi üzrə Magistr dərəcəsi, Fəlsəfə ustası və Ph.D. dərəcələrini uyğun olaraq, 1970, 1971, 1972-ci illərdə aldı.
O, 1981-ci ildə Urbana-Şampeyn İllinoys Universitetinin Elektrik və Kompüter Mühəndisliyi kafedrasına qoşuldu. O, 2008-2009-cu illərdə Amerika Avtomatik İdarəetmə Şurasının seçilmiş prezidenti idi. Tamer Başar 2006-cı ildə Riçard Bellman idarəetmə irsi mükafatına[9] və 2014-cü ildə İEEE idarəetmə sistemləri mükafatına layiq görülüb.[10] O, 2000-ci ildə Qeyri-müəyyənliklə sistemlərin robast idarə edilməsi üçün dinamik oyunlar nəzəriyyəsi və onun tətbiqlərinin inkişafına görə Elektronika, Rabitə və İnformasiya Sistemləri Mühəndisliyi və Sənaye, İstehsalat və Əməliyyat Sistemləri Mühəndisliyi üzrə Milli Mühəndislik Akademiyasına üzv kimi seçildi.[1]
Onun elmi tədqiqat sahələri sırasına optimal, robast və qeyri-xətti idarəetmə, irimiqyaslı sistemlər, dinamik oyunlar, stoxastik idarəetmə, qiymətləndirmə nəzəriyyəsi, stoxastik proseslər, riyazi iqtisadiyyat daxildir.[11]