İdarəetmə nəzəriyyəsi — müxtəlif proseslərin, obyektlərin və sistemlərin idarə olunmasının metod və prinsipləri haqqında elmdir.
İdarəetmə nəzəriyyəsinin əsasını kibernetika və informasiya nəzəriyyəsi təşkil edir.
İdarəetmə nəzəriyyəsinin məğzini idarəedilən obyektin sistem analizi və idarəetmə alqoritminin sintezi əsasında yaradılan riyazi modellər təşkil edir.
İdarəetmə nəzəriyyəsi ilə məşğul olan nəzəriyyəçilər bizi əhatə edən canlı aləmi xarakterizə edərkən onu üç komponentə ayırırlar:
İstehsal-texniki proseslərin, mexanizmlərin, maşınlar sisteminin, yəni texniki sistemlərin idarə edilməsini F.Engels əşyaların idarə edilməsi adlandırmışdır. İdarəetmənin bu sahəsi əsasən texnika elmləri tərəfindən öyrənilir.
Canlı təbiətdə baş verən və canlı orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədar olan məsələləri təbiət elmləri öyrənir. Qruplarda, kollektivlərdə və siniflərdə birləşmiş və müxtəlif marağa malik olan insanların idarə edilməsini F.Engels cəmiyyətin idarə edilməsi adlandırmışdır.