Tamerlan Tadtayev

Tamerlan Tadtayev (5 iyul 1966, Sxinval, Cənubi Osetiya Muxtar Vilayəti, Gürcüstan SSR, SSRİ) — Osetin əsilli rus yazıçısı, publisist. Cənubi Osetiyanın "Vətən müdafiəçisi" medalı ilə təltif edilmişdir.

Tamerlan Tadtayev
Doğum tarixi 5 iyul 1966(1966-07-05) (58 yaş)
Doğum yeri
Fəaliyyəti yazıçı, publisist

5 iyul 1966-cı ildə Tsxinvali şəhərində fəhlə ailəsində anadan olmuşdur. Tsxinvalidə orta məktəbdə oxuyur. 1981-ci ildə ailəsi ilə Düşənbə şəhərinə köçür. 1983-cü ildə sənət məktəbinə daxil olur. 1986-cı ildə yenidən Tsxinvaliyə qayıdır.

SSRİ Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. 1989-1992, 2004, 2008-ci illər gürcü-osetin müharibələrinin iştirakçısı olur. Döyüşlərdə bir neçə dəfə yaralanır. Cənubi Osetiyanın "Vətən müdafiəçisi" medalı ilə təltif edilmişdir. Respublikanın gömrük xidmətinin təşkilində iştirak etmişdir.

"Dəryal", "Vaynax", "Neva", "Sever" jurnallarında, "Literaturnaya Rossiya", "Nezavisimaya qazeta" qəzetlərində və internet saytlarında nəşr edilmişdir. 2008-ci ildə Nalçikdə keçirilən Şimali Qafqazın Gənc Yazıçılar Forumunun, Lipki şəhərində keçirilən Rusiyanın Gənc Yazıçılar Forumunun iştirakçısı olur. Sosial-İqtisadi və İntelektual Proqramların Vəqfinin təqaüdçüsüdür. Elə həmin il Rusiyadan kənarda rus dilində yazan yazıçılara verilən "Rus Mükafatı" laureatı olur[1].

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

2015-ci ildə, 68-ci Kann Film Festivalında, Tadtayevin ssenarisi əsasında çəkilmiş "Suadon" adlı qısametrajlı film nümayiş olunur[2][3]. Bununla belə, film festivalda müəyyən edilmiş vaxt limitlərinə (15 dəqiqəyə qarşı 20 dəqiqə[4]) uyğun gəlmədiyi üçün mükafatlara layiq görülməmişdir.

Tadtayev əksər hekayələrində (“Dönük”, “Blondinka” və s.) Cənubi Osetiya xalqının müstəqillik uğrunda mübarizəsinin başlanğıcından yazır. Son əsərlərində ("Cib telefonundan şeirlər") Tadtayev "Beş günlük müharibə" hadisələrindən də bəhs edir. Hekayələri xalqı ilə keçirdiyi müharibələr haqqında xatirələri ilə məşhurlaşır. Yazmağa 40 yaşında başlayır. Bu fəaliyyət müharibələrdəki Cənubi Osetiya qəhrəmanlarının tanınması və unudulmamasına xidmət edir. Taras Şambanın dəstəyi ilə Tamerlan Tadtayevin bir neçə hekayə və şeir toplusu çıxmışdır:

"Oğul" (2009)[5];

"Dönük" (2009)[6];

"Qiyamət" (2010)[7];

"Polietilen şəhər" (2013)[8];

"Liaxva" (2015)[9].

  1. "Тамерлан Тадтаев — лауреат Международного литературного конкурса «Русская Премия»". 2016-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
  2. "Тадтаев на красной дорожке". 2016-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
  3. "Премьера фильма «Суадон» на 68-м Каннском кинофестивале". 2016-05-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
  4. "Sputnik Южная Осетия: в Каннах назвали «Суадон» серьезным фильмом". 2016-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
  5. "Православная книга России: Война, свобода и литературная сказка". 2016-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
  6. "Информационное агентство РЕС: В Цхинвале прошла презентация книги Тамерлана Тадтаева «Отступник»". 2016-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
  7. "Республиканская газета «Северная Осетия»: «В войне я выбираю жизнь...»". 2016-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-04.
  8. "Информационное агентство РЕС: Вышла в свет новая книга югоосетинского писателя Тамерлана Тадтаева". 2016-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
  9. "В Цхинвале издана книга Тамерлана Тадтаева «Лиахва»". 2016-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.