Tamilla Hilal qızı Nəsirova (20 oktyabr 1936, Nəvai – 12 aprel 2023[1], Bakı) — riyaziyyat elmləri doktoru, Azərbaycanın ilk qadın riyaziyyatçı professoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri.[3][4]
Tamilla Nəsirova |
---|
Tamilla Hilal qızı Nəsirova |
Doğum tarixi |
20 oktyabr 1936(1936-10-20) |
Doğum yeri |
|
Vəfat tarixi |
12 aprel 2023(2023-04-12)[1] (86 yaşında) |
Vəfat yeri |
|
Elmi dərəcəsi |
|
Elmi adı |
|
İş yerləri |
|
Təhsili |
|
Mükafatları |
2009 |
Tamilla Nəsirova 20 oktyabr 1936-cı ildə Hacıqabul rayonun Navahi kəndində doğulub. Navahı kənd orta məktəbində beş il oxuduqdan sonra 1948-ci ildə Bakıya gəlir. Burada o, 1953-cü ildə 176 saylı orta məktəbi qızıl medalla bitirib, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinə daxil olur. Tamilla xanım 1958-ci ildə universiteti bitirdikdən sonra AMEA-nın Kibernetika İnstitutuna təyinatla işə götürülmüşdür. Həmin il aspiranturaya daxil olub, Ukrayna EA-nın Riyaziyyat İnstitutuna, oradan isə Moskva Dövlət Universitetinə göndərilir.
Tamilla Nəsirova 1964-cü ildə Daşkənd Dövlət Universitetində akademik B. V. Qnedenkonun rəhbərliyi altında "Kütləvi xidmət nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1980-ci ildə isə BDU-nun tətbiqi riyaziyyat kafedrasına dosent vəzifəsinə seçilmişdir. Elmi axtarışlar, riyaziyyatın fundamental sahələrindən biri sayılan ehtimal nəzəriyyəsində aldığı nəticələr T. Nəsirovanı elm yollarında irəliyə aparmışdır. 1984-cü ildə "Elm" nəşriyyatında çapdan çıxmış "Yarımmarkov dolaşma prosesləri" (rus dilində) monoqrafiyası alimin sonrakı yaradıcılığında əsaslı dönüş yaratmışdır.
Ölkəmizdə ilk dəfə qadınlar arasında riyaziyyat üzrə elmlər doktoru adını almaq məhz T. Nəsirovaya nəsib olub. O, 1994-cü ildə Ukrayna EA-nın Riyaziyyat İnstitutunda "Semimarkov prosesləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, bir il sonra BDU-nun ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının professoru seçilmişdir. Tamilla xanım 1996-cı ildən 1999-cu ilədək Türkiyənin Karadəniz Teknik Universitetində professor vəzifəsində çalışmışdır. Bu müddətdə o, bir monoqrafiya və bir dərslik yazmış, xarici jurnallarda isə beş məqalə çap etdirmişdir.
Təsadüfi proseslər sahəsində 100 elmi məqalənin, 6 böyük elmi nəşrin müəllifidir. Riyaziyyat üzrə yetişdirdiyi 10 fəlsəfə doktoru onun yaratdığı elmi-pedaqoji məktəbin davamçılarıdır. Alim mürəkkəb semimarkov dolaşma proseslərinin paylanmalarının və onların əsas sərhəd funksionallarının tədqiqini kəsr törəməli diferensial tənliklərin və Monjeron tənliklərin həllinə gətirmişdir. Tamilla xanımın 2000-ci ildə Azərbaycan Riyaziyyat Cəmiyyətində yüksək səviyyədə çıxışı olmuşdur. 2009-cu ildə T. Nəsirova Azərbaycan Respublikasının əməkdar müəllimi adına layiq görülmüşdür.
Moskvada nəşr olunan "Женщины-математики России и Азербайджана" № 2 kitabında T. H. Nəsirova haqqında geniş oçerk dərc olunmuşdur.[5]
T. H. Nəsirovanın adı "Математики Азербайджана ХХ века" və "Azərbaycanın Tanınmış alimləri" ensiklopediyalarına düşmüşdür.
2009-cu və 2018-ci illərdə T. H. Nəsirova haqqında AzTv-də "Birincilər" verilişində geniş məlumat verilmişdir.
"20 oktyabr 2016-cı illdə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda Əməkdar müəllim, Azərbaycanın riyaziyyat üzrə ilk qadın elmlər doktoru, professor Tamilla Nəsirovanın 80 illiyinə həsr olunan yubiley iclası keçirildi. Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Telman Əliyev alimin keçdiyi ömür yolundan, zəngin elmi fəaliyyətindən söz açdı. Bildirdi ki, məhsuldar yaradıcılıq yolu keçmiş Tamilla Nəsirova Rusiya və Ukraynada yaranmış "Kolmoqorov- Qnedenko — Skoroxod" elmi məktəbinin yetirməsidir. Riyaziyyatın fundamental sahələrindən biri sayılan ehtimal nəzəriyyəsində aldığı nəticələr onu elm yollarında irəliyə aparmışdır. Sonra T. Əliyev alimə elmdə göstərdiyi xidmətlərə görə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanını təqdim etdi".[6]
Tamilla Nəsirova Nəsirova 12 aprel 2023-cü ildə vəfat etmişdir.[7]
- Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 100
- Xaricdə çıxmış elmi əsərlərinin sayı: 53
- Respublikada çıxmış elmi əsərlərinin sayı: 42
- Konfrans məruzələri və tezislər sayı: 23
- Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: -
- Sıfırda gecikdirilən semimarkov dolaşma prosesinin Erlanq və Laplas paylanmaları halında erqodik paylanmasının və onun əsas sərhəd funksionallarının paylanmalarının aşkar şəkildə ifadələri alınmışdır.
- "İnvestigation of the conditional distribution of a semi-markov random walk process using the maple software package" "Bakı Universitetinin xəbərləri", Fizika-riyaziyyat elmləri 2022, № 1 ç, s.88–99.
- T. H. Nəsirova, E. A. İbayev, K. K. Ömərova. "Gecikdirən ekranli bir Markov prosesinin aşaği sərhəd funksionalinin paylanmasinin Laplas çevirməsi " "Pedaqoji Universitetin Xəbərləri" Riyaziyyat və təbiət elmləri seriyası. 2022, C. 70, № 1ç s.
- "Mangeron's equation in the semi-Markov random walk process" Informatics and Control Problems, 2020, 40(№ 2), pp.63–72.
- "Mathematical modeling of the semi-Markovian random walk processes with jumps and delaying screen by means of a fractional order differential equation, Journal of Mathematical Methods in the Applied Sciences, Germany, 41(№ 18), 2018, pp.9301–931.
- Интегральное Уравнение с Запаздывающим Аргументом в Процессах Полумарковского Блуждания, Journal of Contemporary Applied Mathematics-ISSN: 2222–5498, USA, 7(№ 1), 2017, с.9–13.
- Integral equations with delaying arguments for semi-Markovian processes, Journal of New Trends in Mathematical Sciences, Turkey, 5(№ 3), 2017, pp.162–167
- Преобразоание Лапласа-Стилтьеса распределения процесса полумарковского блуждания с отражающим экраном, Журнал Проблемы управления и информатики, Национальной Академии Наук Украины, № 1, 2015, c.97–101.
- Determination of the mean and mean-square deviations of the system level, Automatic Control and Computer Sciences Journal, Latvia, 49(№ 1), 2015, pp.37–45
- Definition of laplace-stieltjes transform for the ergodic distribution of the semi-markov random process, Sylwan Journal, Poland, (ISSN: 0039–7660) ISI İndexed,158(№ 6), 2014, pp.50–58.
- Преобразование Лапласа-Стилтьеса совместного распределения момента первого пересечения уровня и перескока через этот уровень процессом полумарковского блуждания с положительным сносом и отрицательными скачками, Вестник МГУ Серия "Физика-математика" ISSN 2072–8387, Изд. Московского Регионального Государственного Университета, № 3, 2014, c.60–71.
- Laplace Transformation of the Distribution of the Time of System Sojourns within a Band, Journal of Mathematica Aeterna, Turkey, 4(№ 5), 2014, pp.437–444.
- Investigation of some probabilistic characteristics of one class of semi-Markov wandering with delaying screens, Journal of Automatic Control and Computer Sciences, Latvia, 48(№ 4), 2014, pp.109–119.
- İdarəetmə Sistemləri İnstitutunun D 01.121 dissertasiya şurasının elmi seminarın üzvüdür;
- Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat FD. 02.017 Elmi –Tədqiqat İnstitutunun Elmi Şuranın üzvüdür.
- 2007-ci ildə Azərbaycanda elm və təhsil sahəsində xidmətlərini nəzərə alaraq Təhsil Nazirliyinin Bakı Dövlət Universitetinin "Fəxri Fərmani" ilə təltif olunmuşdur.
- 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Respublikanın Əməkdar Müəllimi adına layiq görülmüşdür.
- 20 oktyabr 2016 il tarixində Elmi fəaliyyətindəki nailiyyətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının "Fəxri Fərmanı" ilə təltif olunmuşdur.
- 3 noyabr 2016 il tarixində Azərbaycanda elm və təhsil sahəsində xidmətlərini nəzərə alaraq Bakı Dövlət Universitetinin "Fəxri Fərmani" ilə təltif olunmuşdur.
- 1964-cü ildən 2018-ci ilə qədər (52 il) Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşqul olubdur;
- 1996-cı ildən 2000-cı ilə qədər Türkiyədə Karadeniz Texniki Universitetində Fen-Edebiyat Fakultesinde pedaqoji fəaliyyətlə məşqul olubdur.
100 qədər elmi iş çap olunub, o cümlədən 73 məgalələr:
- İnvestigation of the conditional distribution of a semi-markov random walk process using the maple software package" "Bakı Universitetinin xəbərləri", Fizika-riyaziyyat elmləri 2022, № 1 ç, s.88–99.
- "Gecikdirən ekranli bir Markov prosesinin aşaği sərhəd funksionalinin paylanmasinin Laplas çevirməsi " "Pedaqoji Universitetin Xəbərləri" Riyaziyyat və təbiət elmləri seriyası. 2022, C. 70, № 1ç s.
- Nasirova T. H. Mangeron's equation in the semi-Markov random walk process, Informatics and Control Problems, 2020, 40(№ 2), pp.63–72.
- Nasirova T. H. Mathematical modeling of the semi-Markovian random walk processes with jumps and delaying screen by means of a fractional order differential equation, Journal of Mathematical Methods in the Applied Sciences., Germany, 41(№ 18), 2018, c.9301–9311
- Насирова Т.Х. Интегральное Уравнение с Запаздывающим Аргументом в Процессах Полумарковского Блуждания, Journal of Contemporary Applied Mathematics-ISSN: 2222–5498, USA, 7(№ 1), 2017, с.9–13
- Nasirova T. H. Integral equations with delaying arguments for semi-Markovian processes, Journal of New Trends in Mathematical Sciences, Turkey, 5(№ 3), 2017, c.162–167
- Nasirova T. H. Equadiff 2017 (conference on mathematical analysis, numerical approximation and applications of differential equations), July 24–28, 2017, Bratislava, Slovakia, pp.56
- Nasirova T. H. Investigation of Laplace transforms for Erlangen distribution of the first passage of zero level of the semi-Markov random process with positive tendency and negative jump, Kazakhstan, AIP Conference Proceedings, 1759(№ 1), 2016
- Насирова Т.Х. Преобразование Лапласа-Стилтьеса распределения процесса полумарковского блуждания с отражающим экраном, журнал Проблемы управления и информатики, Национальной Академии Наук Украины, № 1, 2015, c.97–101
- Nasirova T. H. Determination of the mean and mean-square deviations of the system level, Automatic Control and Computer Sciences journal, Latvia, 49(№ 1), 2015, с.37–45
- Nasirova T. H. Definition of laplace-stieltjes transform for the ergodic distribution of the semi-markov random process, Sylwan journal, Poland, (ISSN: 0039–7660) ISI İndexed, 158(№ 6), 2014, pp.50–58
- Насирова Т.Х. Преобразование Лапласа-Стилтьеса совместного распределения момента первого пересечения уровня и перескока через этот уровень процессом полумарковского блуждания с положительным сносом и отрицательными скачками, Вестник МГУ Серия "Физика-математика" ISSN 2072–8387, Изд. Московского Регионального Государственного Университета, № 3, 2014, c.60–71
- Насирова Т.Х. "Процессы полумарковского блуждания", монография, изд.Элм, 1988, −188с.
- Насирова Т.Х. "Полумарковские процессы с отрицательным сносом", монография, изд. "Элм", Институт Систем Управления НАНА, 2018, −121с. (соавторы: Э.А.Ибаев, Ш.А.Бабаев)
- Насирова Т.Х. "Сложный процесс полумарковского блуждания при наличии экрана", монография, Баку, 1988
- Nəsirova T. H. "Ehtimal nəzəriyəsi və riyazi statistika", Metodiki vəsait, BDU, 1996, -s.58
- Nəsirova T. H. "Olasilik" kitab, Karadeniz Texnik Universitesi Matbasi, Türkiyə, Fen-Edebiyat Fakultesi Trabzon, 2009, −340s. (həmmüəlliflər: Tahir Khanyiev, Cemil Yapar, Ihsan Ünver, Zafer Kücük)
- Nəsirova T. H. "Ehtimal", ADPU-nun nəşriyyatı, Bakı 2011, −178s.