Tamilla Rüstəmova

Tamilla Səid qızı Rüstəmova (1936, Bakı23 iyul 2020, Moskva) — Azərbaycanlı aktrisa və pianoçu.

Tamilla Rüstəmova
Tamilla Səid qızı Rüstəmova
Doğum tarixi 1936
Doğum yeri
Vəfat tarixi 23 iyul 2020(2020-07-23)
Vəfat yeri
Dəfn yeri
Atası Səid Rüstəmov
Fəaliyyəti aktrisa, musiqiçi
IMDb ID3999725

Tamilla Rüstəmova Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun ailəsində anadan olmuşdur. 1959-cu ildə Qnesinlər adına Musiqi institutunun "fortepiano" ixtisası üzrə bitirmişdir. Həmin il institutun tələbəsi olan vokalçı Olgerd Krastınşa ərə gedərək Riqaya köçmüşdür.[1] Bir neçə bədii filmdə yadda qalan obrazlar yaratmışdır. Onun ən yaddaqalan obrazları "Ulduz" filmində Ulduz və "Böyük dayaq" filmində Maya bacı rollarıdır.

2020-ci ildə Moskvada vəfat etmişdir[2]. Moskva şəhərində dəfn edilib.[3]

  1. "От красивой любви и славы…Тамилла Рустамова – звезда фильмов "Улдуз" и "Великая опора"". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-22.
  2. 1news. "Ушла из жизни актриса, сыгравшая главную героиню в фильме «Улдуз»" (rus). 1news. 23.07.2020. 2020-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-23.
  3. "Tamilla Rüstəmova haqqında bilmədiklərimiz". 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-22.