Tamino, tam adı Tamino-Əmir Məhərrəm Fuad (24 oktyabr 1996, Antverpen, Flamand regionu[d][2]) — müğənni və musiqiçidir. Misirli müğənni və kino ulduzu Məhərrəm Fuadın nəvəsidir. Mahnılarını ingilis dilində yazır, bir neçə mini-albomu və "Əmir" adlı bir studio albomu vardır.
Tamino | |
---|---|
fr. Tamino-Amir Moharam Fouad[1] | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 24 oktyabr 1996 (27 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, müğənni-mahnı yazarı |
Fəaliyyət illəri | 2016-cı ildən |
Janr | soft-rok[d] |
Musiqi alətləri | gitara[3] |
taminomusic.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tamino 24 oktyabr 1996-cı ildə Belçikanın Antverpen şəhərində dünyaya gəlmişdir. Atası Tarıq Məhərrəm Fuad, məşhur misirli aktyor və müğənni Məhərrəm Fuad ilə Livanlı Maqda Beydunun oğludur. Taminonun anası isə musiqiyə böyük sevgisi olan belçikalı bir antropoloqdur. Belə ki, Tamino milliyyətcə yarı belçikalı, livanlı və yarı ərəbdir. Onun özündən 3 yaş kiçik, Rami adında qardaşı da vardır. Anası və atası hələ o 3 yaşında ikən ayrılmışdırlar. Bundan sonra o, anası tərəfindən, musiqi sevgisi ona hələ çox kiçik yaşından aşılanaraq böyüdülmüşdür.
İlk adı Taminonu anasının sevimli bəstəkarı Motsartın "Sehirli Fleyta" əsərindəki qəhrəman Şəhzadə Taminoya borcludur. İkinci adı Əmir (ərəb dilində mənası şahzadə deməkdir) ona atası tərəfindən verilmişdir.
Uşaqlığının Belçika və Misir arasında keçməsinə baxmayaraq ərəb dilini bilmir. Müsahibələrinin birində ərəbcə öyrənməyə çalışdığını qeyd edir."Uşaqlığımdan bəri müxtəlif musiqilər dinləyirdim, bunun səbəbi anamın möhtəşəm səsyazma kolleksiyasına sahib olması idi"-o deyir.14 yaşında, ailəsinin Qahirədəki evinin çardağında babasının köhnə gitarasını tapır və onu təmir edir. Getdikcə o gitarada ustalaşır və mahnılar yazmağa başlayır. Bundan öncə isə o, sadəcə fortepianoda ifa etməyi bacarırdı.
17 yaşında Amsterdamdaki Konservatoriyada klassik musiqi üzrə oxumağa getsədə sonra bundan imtina etdi. Çünki o, başqa cür oxumağa vərdiş etmişdi, bütün həyatı boyu ərəb musiqilərini dinləmişdi.
2016-cı ilin noyabr ayında Tamino Belçikalı qrup Het Zesde Metaal tərəfindən radioverlişdə ifa etməyə dəvət edilir. İlk bəstələdiyi mahnısı olan Habibi hər kəsin bəyənisini qazanır və Tamino dərhal Radio 1 tərəfindən seçilir.
2017-ci ildə Tamino Studio Brusseldə musiqi istedadı müsabiqəsində qalib gəldi.11 oktyabr 2017-ci ildə o, "Qədim Belçika"(Ancienne Belgique) adlı konsert zalında çıxış edir və bundan sonra ona "Belçikalı Jeff Buckley" ləqəbini verirlər.2017-ci ilin yayında Tamino Belçika və Niderlanddakı musiqi festivallarında çıxış etmişdir.2018-ci ilin yayında isə Radiohead qrupunun üzvü Kolin Qrinvudla (Colin Greenwood) birlikdə Indigo Night mahnısı üzərində işləməyə başlayırlar.
19 oktyabr 2018-ci ildə Tamino ilk tammetrajlı "Əmir" albomunu buraxdı. Brüsseldə yerləşən "Nagham Zikrayat" adlı bir qrup ərəb musiqiçisi də bu işə qoşuldu. Orkestr əsasən Yaxın Şərqin peşəkar musiqiçilərindən ibarətdir, onların əksəriyyəti İraqlə və Suriyalı qaçqınlardır.
2019-cu ilin mart ayında, Texasda Tamino ilk dəfə Kolin Qrinvudla birgə Indigo Night mahnısını canlı ifa edir. Amerikadan qayıtdıqdan sonra, Fransa, İngiltərə, Almaniya və Budapeştdəki Sziget Festivalı da daxil olmaqla qitəni gəzmək üçün Avropaya döndü.
Lana Del Rey Taminonu 22 iyun 2019-cu ildə Dublində baş tutan şousunun açılışına dəvət etmişdir.
"The Independent" Əmir albomunu 2018-ci ilin ən yaxşı 10 albomundan biri seçmişdir.
Tamino həmçinin model kimi də fəaliyyət göstərmişdir. O. SS19 Missoni kolleksiyasında məşhur model Gisele Bündchen ilə birlikdə çıxış etmişdir. Paris Moda Həftəsində onun Indigo Night-ı ifa etdiyi bir videosu göstərilmişdir.2019-cu ilin may ayında "Vogue hommes" jurnalı Taminodan müsahibə götürmüş və ona 14 səhifəlik yazı həsr etmişdir.
Taminonun musiqi zövqündə şübhəsiz ki, anasın böyük təsiri olmuşdur.
Hələ yeniyetmə ikən o, Radiohead, Nirvana, The Beatles qruplarını dinləyirdi. Müsahibələrinin birində qeyd edir ki, Ümm Külsüm, Con Lennon, Fayruz kimi sənətkarların onun inkişafında böyük təsiri olmuşdur.