Fayruz

Feyruz (ərəb. فيروز‎, əsl adı Nühad Vədi Həddad ərəb. نهاد وديع حداد‎; d. 21 noyabr 1935) — livanlı müğənni, ərəb dünyasının yaşayan müğənniləri arasında ən sevilən və hörmətlisidir.[1][2] Onun mahnıları bütün regionda populyardır.[3][4]

Feyruz
ərəb. فيروز
Ümumi məlumatlar
Doğum adı Nühad Vədi Həddad (نهاد وديع حداد)
Doğum tarixi (88 yaş)
Doğum yeri Cəbəl əl Ərz, Livan
Milliyyəti Livan Livan
Həyat yoldaşı
Uşaqları
  • Ziyad Rəhbani[d]
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni
Fəaliyyət illəri 1950-indiyədək
Janrlar Ərəb musiqisi, Livan musiqisi
Səs tembri kontralto
Albom şirkətləri EMI, Virgin, Voix de l'Orient, Fayrouz Productions
Əlaqələri Nəsri Şəmsəddin
Vədi əs-Safi
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi "Fəxri Legion" ordeni komandoru Grand Cordon of the National Order of the Cedar‎
fairouz.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, ilk olaraq 1957-ci ildə Bəəlbək Beynəlxalq Festivalının "Livan gecələri" bölməsində ifa etdiyi mahnılarla məşhurluq qazanmışdır. Feyruz "Ulduzların səfiri", "Ayın qonşusu" (Maşğara Ayı haqqındakı mahnısına görə) və "Livanın cəvahiratı" adları ilə tanınır.

Feyruz 1946-cı ildə

Nühad Həddadın atası Türkiyənin Mardin əyalətindən olan və Süryani pravoslavlığına etiqad edən, lakin sonradan maruniliyi qəbul edən kitab çapçısı Vədi Həddad, anası isə maruni xristian Liza əl-Bustanidir. 1935-ci ildə onlar Beyruta köçürlər. Ailədə 4 uşaq idilər: Nühad, Yusif, Huda və Amal.

Nühad utancaq uşaq idi və məktəbdə çox dostu yox idi. Artıq 10 yaşına çatanda o, məktəbdə qeyri-adi səsi ilə məşhurlaşmışdı. Mütəmadi olaraq məktəb şənliklərində və bayramlarda çıxış edən Nühadı 1950-ci ilin fevralında belə şənliklərdən birində görən məşhur livanlı musiqiçi və Livan Konservatoriyasının müəllimi Məhəmməd Füleyfil onun səsinə və ifasına heyran olur. Füleyfil ona təhsilini konservatoriyada davam etdirməyi məsləhət görür və Nühad buna razılaşır. Nühadın konservativ atası əvvəlcə qızının konservatoriyada oxumasına qarşı çıxsa da, sonradan qardaşının da onunla gedib-gəlməsi şərtilə buna razılaşır.

Məhəmməd Füleyfil Nühadın istedadına yaxından maraq göstərirdi. Digər şeylərlə yanaşı, o, Nühada Quran ayələrini təcvid stilində oxumağı öyrətmişdi. Bir dəfə Livan radiosunun rəhbəri və görkəmli müğənni Həlim ər-Rumi (tanınmış Livan müğənnisi Məcidə Ruminin atası) Nühadın ifasını eşidir və çox təsirlənir. Nühadın xahişi ilə ər-Rumi onu Livan radio xorunun müğənnisi təyin edir və özü onun üçün bir neçə mahnı bəstələyir. Nühad özü üçün ərəb dilində firuzə mənasını verən Feyruz təxəllüsünü götürür.

Feyruzun toy mərasimi

Bir müddət sonra Feyruz Livan radiosunda işləyən Asi Rəhbani (1923 — 1986) və qardaşı Mənsurla (1925 — 2009) tanış edildi. Tezliklə, Asi Feyruz üçün mahnılar bəstələməyə başladı. Belə mahnılardan biri olan "İtab" bütün ərəb dünyasında hitə çevrildi və Feyruzu ərəb musiqisinin ən görkəmli ifaçılarından birinə çevirdi. 23 yanvar 1955-ci ildə Feyruz və Asi Rəhbani evləndilər. Bu evlilik üçün Feyruz pravoslavlığı qəbul etdi. Onların 4 uşağı vardı: Ziyad (d.1956), musiqiçi və bəstəkar, Ləyal (1987-ci ildə beyninə qan sızmasından vəfat edib), Hali (uşaqlıqda keçirdiyi meningitdən sonra iflic olub) və Rima, fotoqraf və kinorejissor.

Feyruzun böyük səhnədəki ilk konserti 1957-ci ildə Livan prezidenti Kamil Şəmun himayədarlığı sayəsində keçirilən Bəəlbək Beynəlxalq Festivalında baş tutdu. Həmin çıxışa görə Feyruza 1 Livan funtu ödənilmişdi, lakin bu çıxışdan sonra uzun illər onu bütün ərəb dünyasında məşhurlaşdıran konsertlər davam etdi.

Livan vətəndaş müharibəsi dövründə o, çox nadir hallarda çıxış edirdi və onun pravoslav xristian olmasından siyasi məqsədlərlə istifadə edilməsinə yol vermirdi. Bu da onun populyarlığının artmasında böyük rol oynamışdır.

1986-cı ildə ərinin vəfatından və vətəndaş müharibəsi başa çatdıqdan sonra, oğlu Ziyad Rəhbani ilə birlikdə çıxış etməyə başlamışdır. Həmin dövrdən etibarən onun musiqilərində Latın Amerikası motivləri hiss edilməkdədir.

  • 1957 — Ragioun
  • 1961 — Ishar
  • 1962 — Good Friday Eastern Sacred Songs
  • 1965 — Christmas Hymns
  • 1966 — Andaloussiyat
  • 1972 — Jerusalem In My Heart
  • 1988 — Golden Hits Vol2
  • 1988 — Sahret El Hub
  • 1992 — Christmas Carols
  • 1993 — Immortal Songs Arabian Divas
  • 1993 — Sing Philemon Wehbe
  • 1994 — Chante Zaki Nassif
  • 1994 — Ya Rayeh
  • 1995 — Houmoum Al Hob
  • 1996 — Mechwar
  • 1999 — Ya Tara Nessina
  • 2001 — Sings Ziad Rahbani
  • 2001 — Wahdon
  • 2008 — The Golden Songs
  • 2010 — Eh Fi Amal

Müzikl və operettalar

[redaktə | mənbəni redaktə et]

Sözləri və musiqiləri Rahbani qardaşları yazmışlar.

  • أيام الحصاد ("Biçin vaxtı" 1957)
  • العرس في القرية ("Kənddə toy" 1959)
  • البعلبكية ("Bəəlbəkli qız" 1961)
  • جسر القمر ("Ay körpüsü" 1962)
  • عودة العسكر ("Əsgərlərin qayıdışı" 1962)
  • الليل والقنديل ("Gecə və lampa" 1963)
  • بياع الخواتم ("Üzük satıcısı" 1964)
  • أيام فخر الدين ("Fəxrəddinin günləri" 1966)
  • هالة والملك ("Qalə və kral" 1967)
  • الشخص ("Şəxsiyyət" 1968—1969)
  • جبال الصوان ("Çaxmaq dağlar" 1969)
  • يعيش يعيش ("Yaşasın, yaşasın" 1970)
  • صح النوم ("Xeyirli sabahlar" 1970—1971)
  • ناس من ورق ("Kağız adamlar" 1971)
  • ناطورة المفاتيح ("Açarların qoruyucusu" 1972)
  • المحطة ("Stansiya" 1973)
  • قصيدة حب ("Sevgi qəsidəsi" 1973)
  • لولو ("Lülü" 1974)
  • ميس الريم ("Mays ər-Rim" 1975)
  • بترا ("Petra" 1977—1978)
  1. "Lebanese diva Fairuz's concert delights Syrian fans". Agence France-Presse. January 28, 2009. 2009-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-09-28.
  2. Khaled Yacoub. "Lebanese diva arouses emotion, controversy in Syria". Reuters. January 28, 2008. 2022-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-28.
  3. Sami Asmar. "Fairouz: a Voice, a Star, a Mystery". Al Jadid. Spring 1995. 23 January 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 January 2010.
  4. Boulos, Sargon. Fairouz – Legend and Legacy. Forum for International Art and Culture. 1981. 21 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2010.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]