Tanabata

Sendayda Tanabata festivalı (2005).

Tanabata (七夕, たなばた?, azərb. Yeddinci axşam‎) və ya Ulduz festivalıYaponiyada hər ilin 7-ci ayının 7-ci günündə qeyd olunan festival. Çin mənşəli festivaldır. Ən böyük tədbirlər SendayHiratsuka şəhərlərində baş tutur. Festivalın baş tutacağı gün Qreqori təqviminə görə yox, ondan 1 ay qabaq olan Yaponiya Ay təqviminə görə müəyyənləşdirilir və buna görə də çox vaxt avqust ayında keçirilir. Festival zamanı küçələr bəzədilir və rəqslər baş tutur. Küçələrdə Tanabata mahnıları oxunur.[1] Tanabata sevgililərin görüşmə günü də hesab olunur.[1]

Festival Yaponiyada ilk dəfə İmperatriçə Koken tərəfindən 755-ci ildə qeyd olunmağa başlamışdır. Əvvəllər sadəcə imperatorluq ailəsi tərəfindən qeyd olunurdu. Edo dövründə xalq tərəfindən qeyd olunmağa başlamışdır.

Festival Əltair (Hikoboşi) və Veqa (Orihime) ulduzları haqqında olan məşhur bir əfsanəyə əsaslanır. Qədim əfsanəyə görə bir tanrının Orihime adlı qızı var imiş. Qız gözəl olmasına baxmayaraq özünə uyğun cüt tapa bilmirmiş. Tanrı qızına həm yaraşıqlı, həm də çalışqan oğlan axtaramağa başlamış və Hikoboşini Orihime ilə tanış etmiş. Hikoboşi və Orihime bir-birilərinə vurulmuş və evlənmişlər. Birlikdə o qədər əyləniblərmiş ki, işləməyi unudublarmış. Buna əsəbləşən tanrı onları Amanoqava adlı nəhəng çayla ayırmış. Bu vəziyyəti görən Hikoboşi və Orihime o qədər ağlayıblar ki, heç işləyə bilməyiblərmiş. Buna görə tanrı özünü pis hiss etmiş və ilin cəmi bir günü onlara görüşməyə icazə verirmiş.[1]

Amanoqava yapon dilindən tərcümədə "Süd yolu" deməkdir.[1]

Festival zamanı geniş edilən şey arzu tutmaqdır. İnsanlar tanzaku adlı rəngi kağız çubuqlarına öz arzularını yazırlar və bambuk ağacından asırlar. Tanabatanın 7 ənənəvi bəzək əşyası var və onların hər birinin öz mənası var:[1]

  • Tanzaku (rəngli kağız çubuq): arzunun həyat keçməsi və daha yaxşı xətt.
  • Kamiqoromo (kağız geyim): daha yaxşı tikiş tikmək.
  • Ori-zuru (kağız durna): uzunömürlülük.
  • Kinçaku (büzgülü torba): pul qazanmaq.
  • Toami (balıq toru): daha yaxşı balıqçılıq.
  • Kuzukaqu (zibil qutusu): əşyaları səliqəli saxlamaq.
  • Fukinaqaşi (lent iplər): daha yaxşı toxuculuq.[1]
  1. 1 2 3 4 5 6 "Tanabata Nedir?". Asialogy (türkcə). 9 aprel 2019 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]