Tanacetum boreale

Adi dağtərxunu (lat. Tanacetum vulgare) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü.

Adi dağtərxunu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Sinonimləri[redaktə | mənbəni redaktə et]

  • Chamaemelum tanacetum (Vis.) E.H.L.Krause
  • Chrysanthemum asiaticum Vorosch.
  • Chrysanthemum boreale (DC.) B.Fedtsch. [Illegitimate]
  • Chrysanthemum vulgare (L.) Bernh. [Illegitimate]
  • Pyrethrum vulgare (L.) Boiss.
  • Tanacetum boreale Fisch. ex DC.
  • Tanacetum crispum Steud.
  • Tanacetum umbellatum Gilib. [Invalid]
    • Tanacetum vulgare subsp. boreale (Fisch. ex DC.) A
    • Tanacetum vulgare subsp. boreale (Fisch. ex DC.) Á.Löve & D.Löve
    • Tanacetum vulgare subsp. boreale (Fisch. ex DC.) Kuvaev
    • Tanacetum vulgare var. boreale (Fisch. ex DC.) Trautv. & C.A.Mey.
    • Tanacetum vulgare var. crispum DC.
    • Tanacetum vulgare var. vulgare vulgare
    • Tanacetum vulgare subsp. vulgare vulgare
  • Tanacetum vulgare f. vulgare

Botaniki özəllikləri[redaktə | mənbəni redaktə et]

Dağtərxunu çoxillik ot bitkisidir. Avroasiya tipli areala malikdir. İyunun axırından başlayaraq sentyabra qədər çiçəkləyən bu bitki Arktikadan başqa bütün Rusiya torpaqlarında bitir. Rusiyada 27 növü mövcuddur. Əslində isə dağtərxununun vətəni Almaniyadır. Rusiyaya isə o Polşa torpaqlarından gətirilib, sözün polyak dilində mənası “muskus”dur. Dağtərxunu Rusiya və Ukraynada tədarük olunur. Digər növləri Azərbaycanda da var. Hündürlüyü 100-150 sm olan bu bitki çay kənarında, çəmənlərdə, yolların qırağında, qayalıqda, yaşayış sahələrində bitir.

Dağtərxunu düzqalxan, çoxsaylı, səthi azacıq tüklü və ya çılpaq gövdəli bitkidi. Uzunsov yumurta şəkilli, ikiqat lələkvari yayılmiş yarpaqlara malikdi. Ən aşağıda yerləşən yarpaqları saplaqlı, yerdə qalanı isə oturaq və sərtdir. Parlaq sarı rəngli çiçəkləri gövdənin sonunda qalxanvari çiçək qrupunda toplanmışdır. Onun yarpaqları və hamaşçiçəyi kiçik ölçüdə “ləkəni” xatırlatdığı üçün ona el arasında “vəhşi ləkə” də deyilir. Bitkinin hamaşçiçəyi zəhərlidir. Dağtərxununu ovxaladıqda bitkidən özunəməxsus xəfif ədviyyat ətri gəlir. Bu əslində onun tərkibindəki borneolun, kamforanın qoxusudu. Dağtərxununun səbət çiçəyində 1,5-2 faiz, yarpaqlarında isə 0,2 faizə qədər efir yağı toplanır. Efir yağının əsas komponentləri bitsiklik terpen ketonları olan α- və β-tuyonlardır. Bununla yanaşı bitki flavonoidlərlə, aşı və acı maddələrlə, üzvi turşularla, qətranlarla, vitamin C, A, karotinlərlə zəngindir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Dağtərxunu yerli qızışdırıcı, oyandırıcı, tərqovucu, qurdqovucu, spazmolitik, iltihab əleyhinə, ödqovucu təsirləri vardır. Fransada bitki sırf qurdqovucu vasitə kimi tanınır. Tərkibindəki flavonoidlərə görə bitki ödqovucu, qurdqovucu, efir yağlarına görə isə dağtərxunu yerli qıcıqlandırıcı və mərkəzi sinir sisteminə oyandırıcı təsir göstərir.

Yayda sərinləşdirici içki kimi içdiyimiz kvası dağtərxunu ilə də hazırlamaq olar, bunun üçün 50 qr qurudulmuş dağtərxununun səbət çiçəyini tənzifdə 1 l kvasın içinə salıb 12 saat gözləmək lazımdır. Daha sonra isə tənzifi oradan çıxarıb 10 qr şəkər tozu qatıb 2 saat gözlənir. Daha sonra içkini qəbul etmək olar.

Dağtərxununun bir çox xarici ölkələrdə ədviyyat kimi istifadə olunduğunu bayaq qeyd etmişdik. Bunun üçün 1 stəkan bitkinin tozuna 1 çay qaşığı qırmızı bibər qatıb ətirləndirici kimi ət yeməklərinə, souslara qatmaq olar.

Bitkidən istifadə zamanı ehtiyatlı olmaq lazımdır. Bitki zəhərli olduğundan dozalanmaya diqqət yetirmək lazımdır. Hamilə qadınlara və 2 yaşdan aşağı uşaqlara istifadəsi əks göstərişdir.

Tərkibi və təsiri:[redaktə | mənbəni redaktə et]

Çiçəklərinin tərkibində kifayət qədər flavonoidlər (apigenin, lyuteolin, kverçetin, akaçetin, izoramnetin və onun qlükozidləri), efir yağları və başlıca komponent olan tuyon və izotuyon, aşı və acı maddələri vardır.

Ödqovucu və antihelmint dərmandır. Çiçəkləri antihelmint (askarid və bizquyruq), antiləmbilə, ödqovucu, spazmalotik və büzücü xassəyə malikdir. İştahın artmasında, hipersekresiyada, hepatitdə qaraciyər funksiyasının artması zamanı, insektisidlərlə mübarizədə bakterisid və bakterostatik təsirin artması zamanı işlədilir.

Xammal çiçək səbəti hesab olunur. Bitkini çiçəkləyən zaman toplamaq lazımdır. Tərkibində efir yağları (0,3%), çoxlu miqdarda β tuyon, aşı maddələri, qlükozid, vitaminlər, kamfora, borneol, pinen, α tuyon və tuyol maddələri vardır. Çiçəkləyən zaman tərkibində efir yağları, acı, aşı maddələr, flavonoidlər (lyutenolin, kversetin), üzvi turşular, C vitamini (8mq%), az miqdarda alkaloidlər, terpenlər daha çox toplanılır.

Bir xörək qaşığı bitkini 0,5 litr qaynar suda dəmləyərək (termosda), içmək lazımdır (sutqalıq doza). 5%-li məhlulu (70-105 ml) gündə 2-3 dəfə  mədə və onikibarmaq bağırsaq xorasında qəbul edilir. 5q çiçəkləri 1 litr qaynanmış suda dəmlənilir və gündə 1-2 dəfə qəbul edilir. Revmatizmdə 50 q çiçəklərini 1 litr çaxırda 8 gün saxlamaq lazımdır. Hər dəfə 30-40q günorta və axşam qəbul etmək lazımdır. Qurd əleyhinə hər birindən 8q - yovşan, çobanyastığı və dağtərxunu 250 ml qaynanmış suda dəmləyib, imalə edirlər. Amerikada dağtərxunu və qozla birlikdə likyor hazırlanır və ətin konservləşdirilməsində istifadə edilir. Təbabət praktikasında çiçəyinin dəmləməsindən askaridoz, enterebioz qara ciyər xəstəliklərində ödqovocu dərman kimi, xroniki xolesistit, hepatit, öd yollarının diskenziyasında, qurdqovucu və ləmbilə əleyhinə, askaridoz, enterebioz və bağırsaq xəstəliklərində geniş şəkildə iştifadə edilir.

Xalq təbabətində sinir xəstəlikləri, epilepsiya, miqren, kəskin infeksion respirator xəstəliklər, ağciyər vərəmi, öd, hepaxolesistit və xolangit xəstəliklərində geniş şəkildə tətbiq edilir. Qan təzyiqini yüksəldir. Dağtərxunu yaxşı qurdqovucu təsirə malikdir. Əsasən askarid və bizquyruq qurdlarını salır. Bitkinin həm də insektisid xüsusiyyəti olduğundan müxtəlif həşəratların qovulmasına kömək edir. Ödqovucu bitki kimi hepatit, xolesistitdə və spazməleyhinə dərman kimi istifadə edilir. Bundan başqa nevroz, epilepsiya, tənəffüs yollarının iltihabı, vərəm, baş ağrısı, öd xəstəliklərində istifadə edilir. Zəhərli olduğundan hamiləlik zamanı istifadə etmək olmaz. Antihelment və insektisid dərmandır.

Elmi təbabətdə bitkinin tərkibində olan efir yağı ən yaxşı qurdqovucudur. Bizquyruq və askarid helmintlərinin qovulmasında effekli dərman sayılır. İngilis təbabətində miqrenin profilaktikasında istifadə edilir. Eksperimental olaraq dağtərxunu hepatitlərdə sekresiyanı artırır, seliyiyin və ödün miqdarını azaldır. Mədə-bağırsaq əzələsinin tonusunu normallaşdırır, Dəmləməsi ürək amplitudasını qısaldır, ürək  ritmini azaldır, arterial təzyiq və öd ifrazını isə artırır. Efir yağı qurdqovucu və antimikrob xassəyə malik olmaqla, son dərəcə zəhərlidir. Bolqar təbabətində antiseptik, spazmolotik və qurd əleyhinə dərmandır. Az dozaları mədə-bağırsaq xəstəliklərində işlədilir.

Əks göstəriş – Hamiləlik. Bitki zəif toksiki xüsusiyyətə malikdir. Bolqar təbabətində əsəb, mədə spazmında, sidik yollarının iltihabında, böyrəkdaşı, baş ağrısı, podaqra, malyariya xəstəliklərində tətbiq edilir. Fransa təbabətində çiçəkləri qurdəleyhinə, temperaturasalıcı, tonuslandırıcı və antiseptik xüsusiyyətinə əsasən tətbiq edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 844–845.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]