Tanacetum coccineum (lat. Tanacetum coccineum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3 cd. Azərbaycanın nadir növüdür.
Tanacetum coccineum | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Tanacetum coccineum |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çoxillik ot bitkisidir. Gövdəsi 35-50 (80) sm hündürlükdədir. Aşağı yarpaqları uzun saplaqlı, ayası uzunsov, ikiqat lələkvari xırda, xətti, sivri hissəciklərə bölünmüşdür. Yuxarı yarpaqları oturaq, kiçilmiş, ensiz xətti hissəciklərə bölünmüşdür. Səbətləri tək-tək, iridir. Sarğı 15–20 mm enində, yarpaqcıqları üçbucaqlı-lansetvari, enli, çox tünd rəngli zarlı kənarlıdır. Dilşəkilli çiçəkləri parlaq-çəhrayıdır. Toxumcaları 3 mm uzunluqda, dişli taclıdır.
Çiçəklənmə dövrü iyul ayına, toxumlama avqust ayına təsadüf edir. Mezofit bitkidir. Subalp qurşağının çəmənlərində və hündür otluqlarda rast gəlinir. Dərman və dekorativ bitkidir.
Böyük Qafqazın Quba sahəsi (Qusar rayonu — Sudur kəndi), şərq və qərb hissələri, Kiçik Qafqazın şimal hissəsi və Naxçıvanın dağlıq hissəsi (Ordubad rayonu).
Populyasiyaya az rast gəlinir. Təhlükə amillərinin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını sübut edir.
Antropogen təsirlərə məruz qalır. Yayıldığı ərazilərdə dekorativ bitki kimi toplandığı və ot çalındığı üçün bitki toxumlama fazasına çata bilmir.
Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, həmçinin toxum banklarında toxumlarının saxlanması, bərpasını təmin etmək, yeni yayılma yerlərini axtarmaq.
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında subalp qurşağında yayılmışdır. Çəmənlərdə və hündür otluqda bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.