Tanaka Şosuke (田中勝介?, XVI əsr, Heyan-kyo[d] – XVII əsr) – XVI-XVII əsrlərdə yaşamış Yaponiya taciri.[1] Sakit okeanı keçən ilk yapon hesab olunur.[1] Qərbdə Don Fransisko de Velasko adı ilə tanınmışdır.[1]
Tanaka Şosuke | |
---|---|
(田中勝介?) | |
Doğum tarixi | XVI əsr |
Doğum yeri |
|
Vəfat tarixi | XVII əsr |
Fəaliyyəti | tacir, səyyah |
1609-cu ildə Filippinin keçmiş canişini olan Don Rodriqo Vivero de Velasko Yaponiyanın Kazusa əyaləti[a] sahillərində dəniz qəzasına uğramışdır.[1] 1610-cu ildə onu Yeni İspaniyaya qədər müşayiət edən 20 nəfərlik Yaponiya nümayəndliyinin başçısı Tanaka Şosuke idi.[1] Tanaka özü ilə Tokuqava İeyasunun adından hədiyyələr və şəxsi mesaj aparmış, Yaponiya ilə Yeni İspaniya arasında ticarət əlaqələrinin qurulmasını ümid etmişdir.[1] Həmin dövrdə yaşamış yerli tarixçi Çimalpain onu belə təsvir etmişdir:[2]
Böyük hökmdar Yaponiya imperatorunun sarayından olan zadəgan, lord, səfir... xristianlarla sülh etməyə gəldi, beləcə, onlar heç vaxt müharibə etməyəcək, bir-biriləri ilə sülh və ehtiram içərisində yaşayacaq, ispan tacirlər Yaponiyaya girə biləcək və heç kim onlara mane olmayacaq. Yaponiyanın insanları da ticarət üçün Meksikaya daxil olacaq və heç kim onlara mane olmayacaq. |
Tanaka Yeni İspaniyada uğursuz olmuş, 1611-ci ildə təşəkkür məqsədilə Yaponiyaya göndərilmiş ispan nümayəndə Sebastyan Viskaino ilə birlikdə Yaponiyaya qayıtmışdır.[1]