Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tandem sursat və ya ikili partlayıcı qısaca partlayıcı və ya döyüş raketi sistemlərində istifadə olunan və ardıcıl partlayışı təmin edən bir cihazdır. Bu mexanizm vasitəsilə zirehli döyüş maşınlarında istifadə olunan qəfəs zirehləri və ya reaktiv zirehləri zərərsizləşdirmək nəzərdə tutulur. Birinci mərhələdə cihaz reaktiv zirehləri yüngül bir partlayışla zərərsizləşdirir. Bu şəkildə zirehdəki partlayıcılar partladılır. Təsirə məruz qalan ərazi reaktiv zirehdən təmizləndikdən sonra başlıqdakı əsas partlayıcılar işə düşür və texnikanın əsas zirehi ilə təmas edərək onu məhv etməyə çalışır.
PG-7VR model döyüş başlığından istifadə edən RPG-7 və onun daha da inkişaf etdirilmiş versiyası olan RPG-29 buna misaldır. Soyuq müharibə illərində Amerika istehsalı olan bir çox silahda bu texnikadan istifadə edilmişdir. O dövrdə istehsal olunan Sovet tanklarının əksəriyyəti reaktiv zirehlərdən istifadə edirdi. Məsələn, bu sistem Amerikan istehsalı olan BGM-71 TOW və AGM-114 Hellfire döyüş raketlərində istifadə olunur.