RPG-29

RPG-29 Vampir, Rusiya istehsalı olan çiyindən atılan tank əleyhinə döyüş raketidir. 1989-cu ildə SSRİ Silahlı Qüvvələri tərəfindən xidmətə qəbul edilmişdir. Rus ordusunda olan ən güclü tank əleyhinə silahlardan biri hesab olunur.

RPG-29
Ölkə
İstismar tarixçəsi
İstismara başlanması 1989
İstifadə edilən döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

RPG-29 bir əsgər tərəfindən aparılan və istifadə edilən bir tank əleyhinə silah olaraq hazırlanmışdır. Borunun üzərində durbin və sonunda daşınma kəməri mövcuddur. Gecə görüş durbinləri də əlavə edilə bilər.

PG-29V Spec
Çapı 105 mm
Effektiv mənzili 500 m
Mənzili 1300 m
Nişangah Optik nişangah
Uzunluğu 1850 mm
Dolu çəkisi 18.8 kq
Boş çəkisi 12.1 kq
Zireh dağıtma qabiliyyəti Reaktiv zireh + 750 mm polad

İki növ raketdən istifadə edə bilər:

  • PG-29V tank əleyhinə/bunker əleyhinə raketlər
  • TBG-29V termobarik anti-personal raketlər

PG-29V raketi reaktiv zirehləri olan zirehli döyüş maşınlarını məhv etmək üçün tandem sursat döyüş başlığına malikdir (ERA)

Döyüş başlığı böyük gücə malikdir. T-90T-80 tankları üzərində aparılmış testlər nəticəsində məlum olmuşdur ki, hər iki tankı ön zirehindən dağıdacaq qüvvəyə malikdir.

Hizbullah tərəfindən 2006-cı ildə Livan ilə İsrail arasında baş tutmuş olan İsrail-Livan müharibəsində İsrail tanklarına qarşı istifadə edilmişdir. İsrail qəzeti Haaretz, İsrailin vermiş olduğu itkilərin çoxunun bu silahdan açılan atəşlər vasitəsilə baş verdiyini iddia etmişdir.

2007-ci ildə Challenger 2 tankının ön zirehini zədələdiyi və tank ekipajından bir nəfəri yaraladığı qeydə alınmışdır.

2008-ci ildə davam edən İkinci körfəz müharibəsi zamanı İraqda bir ABŞ istehsalı olan M1A1 Abrams tankının zirehinə böyük zərər verdiyi görülmüşdür.

İstifadəçilər

[redaktə | mənbəni redaktə et]

Cari istifadəçilər

[redaktə | mənbəni redaktə et]

İrlandiya Respublikaçı Ordusu

Keçmiş istifadəçilər

[redaktə | mənbəni redaktə et]