Tanrı illüziya kimi

Tanrı illüziyası (ingilis. The God Delusion) — Britanyalı məşhur etoloq Riçard Dokinzin 2006-cı ildə Birləşmiş Krallıqda The God Delusion adı ilə yayınladığı, beynəlxalq səviyyədə ən çox satılanlar siyahısında olmuş kitab. Tanrının mütləq şəkildə var olmadığını, dinin, cəmiyyət və xüsusilə də uşaqlar üzərində zərərli təsirləri olduğunu iddia edən fiksiya olmayan elmi əhəmiyyətli kitabdır. Azərbaycanda Qanun nəşriyyatı tərəfindən 2018-ci ildə nəşr olunmuşdur.

Tanrı illüziyası
The God Delusion
Müəllif Riçard Dokinz
Janrlar Din, Fəlsəfə, Elm
Orijinalın dili The God Delusion
Ölkə
Orijinalın nəşr ili 2 oktyabr 2006
Nəşriyyat Qanun Nəşriyyatı
Nəşr 2018
Səhifə 300
Növ kitab
ISBN ISBN 0-618-68000-4
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun[redaktə | mənbəni redaktə et]

Kitab 10 əsas başlıqdan ibarətdir

  1. İçdən inanan bir inancsız
  2. Tanrı fərziyyəsi
  3. Tanrının varlığı üçün göstərilən sübutlar
  4. Nə üçün hardasa dəqiq olaraq tanrı yoxdur?
  5. Dinin mənşəyi
  6. Əxlaqın mənşəyi: Nə üçün yaxşıyıq?
  7. "Yaxşı" kitab və dəyişkən əxlaq anlayışı
  8. Dinin problemi nədir? Nə üçün bu qədər düşmən olmaq lazımdır?
  9. Uşaqlıq, istismar və dindən qaçış
  10. Çox vacib boşluq var?
Riçard Dokinz məşhur Barnes & Noble kitab evində kitablarını imzalayarkən.

Şərhlər[redaktə | mənbəni redaktə et]

Kitab haqqında edilmiş bəzi şərhlər[1]

"Hamının oxumalı olduğu bir əsərdir." The Economist

— "Əyləncəli, olduqca dolğun və görkəmli formada yazılıb. Aldığımız ilk dini təhsildən bu yana başımıza bəla olan boş inanclardan qaynaqlanan bu uydurmalara inandığımız üçün yaxşıca danlanırıq." Rod Liddle, Sunday Times

— "Həyəcanlı və şən kitabdır. Dokinz, güclü aqrumentlərini bütün gücü ilə kükrəyərək gəlir." Joan Bakewell, Guardian

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Riçard Dokinz — Tanrı illüziyası