Tanrının Müqavimət Ordusu (ing. Lord's Resistance Army - LRA) — həmçinin Tanrının Müqavimət Hərəkatı kimi də tanınan, bir militant qrup. Şimali Uqanda, Cənubi Sudan, Konqo Demokratik Respublikası və Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərir. Geniş insan hüquqları pozuntuları o cümlədən qətl, oğurlama, uşaq cinsi köləliyi, uşaqları hərbi əməliyyatlarda iştirak etməyə məcbur etməyə ittiham edilmişdir.
Əvvəlcə onlar cənubi Uqandalı təcrid hiss edən etnik qruplarının hesabına Uqandanın mərkəzi hökumətinə qarşı bəzi Açolilər tərəfindən icra edilən böyük bir silahlı müqavimət hərəkatının nəticəsi və davamı idi. İdeoloji cəhətdən,qrup Açoli millətçiliyi, Afrika mistisizm və xristian fundamentalizminin qarışığıdır.