Taqarski adası

Taqarski adası — Yenisey çayında yerləşən iri adalardan biri. Ada Minusinskaya vadisində yerləşir. Abakan çayının Yeniseyə töküldüyü yerdə yerləşir. Yeniseyin orta axarlarında yerləşən ən iri adalarından biridir. Adanın adı Qədim Sibir arxeoloji mədəniyyətinə verilmişdir. Taqar mədəniyyəti kimi tanınır. Tunc və Dəmir dövrünə aid mədəniyyətdir. Altayda Yeniseyin orta axarı boyu yayılmış və yeddi əsrə qədər davam etmişdir. Onun xarakterik cəhəti kurqanların tikintisi və “skif heyvan üslubu”dur. Tapıntılar Xakas-Minusinsk depressiyası (Xakasiya Respublikası və Krasnoyarsk ərazisinin cənub bölgələri) ərazisində və Kemerovo rayonunun şimal-şərq hissəsində, yəni Orta Yenisey hövzəsində və onun kolları olan aşkar edilmişdir. Ada inzibati cəhətdən Rusiya Federasiyasının Krasnoyarsk diyarı ərazisində yerləşir.

Taqarski adası
rus. Тагарский
Ümumi məlumatlar
Sahəsi 28.5 km²
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
53°41′00″ şm. e. 91°37′30″ ş. u.
Ölkə  Rusiya
Vilayət
Akvatoriya
Taqarski adası xəritədə
Taqarski adası
Taqarski adası

Adanın sahəsi 28,5 km², uzunluğu isə 11 km, eni ən enli hissədə 6,5 kilometr dəşkil edir.

Ada Cənubi Sibir regionunda yerləşir. Taqarski adası Yeniseyin əsas axarı ilə Minusinskaya qolunun birləşdiyi hissədə formalaşmışdır. Bu hissədə Selivanixa və Bıstraya kəndləri yerləşir. Minusinskaya çökəkliyində qərarlaşır. Əsasən daimi don əraziləridir. Qış uzun və sərt keçir. Yağıntı əsasən yağış və qar halında düşür. Yaxınlığında yerləşən adalar: Verxnıy, Skotski, Qulyayevski, Predsedatelnıy, Savıçev, Topolyevnıy, Kuzminski, Bezimyannıy, Sorokin, Skotnıy, Soxatnik, Çerençikov, Verxni Konevski, Kabaniy.

İnzibati cəhətdən Krasmoyarsk diyarının Minusinsk rayonu ərazisində yerləşir. Adanın bir hissəsi Minusunsk şəhəri ərazisinə daxildir. Bundan əlavə ada ərazisində Selavixina kəndi (Yeniseyin əsas axarı hissədə) və Opıtnoe pole qəsəbəsi (Qolqa yaxın hissədə) yerləşir. Bundan əlavə burada üç bağ tipli qəsəbə də vardır. Ada ərazisinin bir qismi iynəyarpaqlı meşələrlə örtülüdür. Üstəli ərazidə bağçılıqda inkiçaf etdirilir.

Bu rayonda Topolki qəsəbəsi və Podsinee kəndi yerləşir. Yeniseyin axdığı bu ərazidə çoxlu sayda kiçi adalar olmasına baxmayaraq onların heç birində yaşayış yoxdur.

İnfrastruktura

[redaktə | mənbəni redaktə et]

Taqarski adasından Abakan-Tayşet dəmiryolu və ya Yenisey М54 avtomagistralı (Krasnoyarsk — Qızıl) keçir. Yenisey çayının Podsinee kəndi rayonu ərazisində dəmiryol və bir qədər aralıda Bratski avtomobil körpüsü vardır. Züelyonıy Bor qəsəbəsi rayonu ərazisində iki avtomobil körpüsü və Minusinsk rayonu ərazisində üç damba vardır. Onlardan biri əsas körpülərdən birinin təmiri zamanı salınmışdır.[1].

  • Yenisey çayı
  • Минусинск. География[ölü keçid]
  • "Фото. Знак «Минусинская протока» перед железнодорожным мостом, остров Тагарский". 2013-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-08.