Taras Şevçenko adına Kiyev Milli Universiteti

Taras Şevçenko adına Kiyev Milli Universiteti (ukr. Київський національний університет імені Тараса Шевченка)Ukraynanın Kiyev şəhərində yerləşən ali məktəbidir. Ukraynanın əsas və ən böyük ali məktəblərindən biri, həmçinin milli elm və mədəniyyət mərkəzi və Ukraynanın ən qədim universitetlərindən biridir.

Taras Şevçenko adına Kiyev Milli Universiteti
Киевский национальный университет, КНУ імені Тараса Шевченка
Київський національний університет імені Тараса Шевченка
Київський університет імені Тараса Шевченка
Loqonun şəkli
Xəritə
50°26′30″ şm. e. 30°30′40″ ş. u.
Şüar "Utilitas honor et gloria"
Əsası qoyulub 1834
Tip Milli
Rektor Leonid Quberski
Tələbə sayı 20,000
Şəhər Kiyev
Ölkə
Ünvan Ukrayna, 01601, Kiyev ş., Vladimirskaya küç. 60
Sayt univ.kiev.ua
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Universitet 8 noyabr 1833-cü ildə I Nikolayın fərmanı ilə fəaliyyətdə olmayan Vilenski universitetinin və Kremeneski liseyinin əsasında müq. Vladimirin Kiyev İmperator universiteti kimi yaradılmışdır. I Nikolay universitetin müvəqqəti nizamnaməsini və ştat cədvəlini təsdiq etmiş, hansına ki, müvafiq olaraq o yalnız maarif nazirinə yox, həm də dairə himayəçisinə tabe idi. Hər il universitet şurası tərəfindən fakültələrin dekanları, namizədlikləri nazir tərəfindən təsdiqləndiyi, seçilirdilər.

Universitet Malorssiyada, 1804-cü ildə açılmış Xarkov İmperator universitetindən sonra, ikinci belə müəssisə və Rusiya imperiyasının sayca altıncı universiteti oldu.

Universitetin təntənəli açılışı 1834-cü ilin 15 iyulunda Müqəddəs Vladimir günü olmuşdur. Elə həmin gün də birinci məşğələlər keçirilmişdir. Kiyev-Peçersk Lavrasında İlahi liturgiya ibadət etdilər, bundan sonra açılışda olanlar Peçerskdə universitet üçün kirayələnmiş evə qayıtdılar.

1842-ci ilə qədər Kiyev universiteti şəxsi binaya malik deyildi. 1838–1842-ci illərdə, Peterburq incəsənət akademiyasının arxitektura professoru Vikenti İvanoviç Berettinin rəhbərliyi altında, qədim Kiyevin kənarında böyük universitet korpusu qaldırılmışdır. Əvvəlcə bina ağ rəngdə idi, amma zamanla onu qırmızı rənglə rənglədilər.

Mövcud olduğu illər ərzində, Kiyev milli universiteti öz adını dəfələrlə dəyişdirmişdir. Universitet belə adları daşımışdır:

  • 1917–1919: müq. Vladimirin Kiyev Universiteti;
  • 1920–1926: M. P. Draqomanov adına ali maarif institutu;
  • 1926–1932: M. P. Draqomanov adına Kiyev maarif institutu;
  • 1933–1939: Kiyev dövlət universiteti;
  • 1939–1994: T. Q. Şevçenko adına Kiev Dövlət Universiteti;
  • 1994–1999: Taras Şevçenko adına Kiyev Universiteti;
  • 1999-dan — Taras Şevçenko adına Kiyev Milli Universiteti.

İnstitutlar və fakültələr

[redaktə | mənbəni redaktə et]
Kiyev milli universitetinin qırmızı korpusu

Taras Şevçenko adına Kiyev universiteti çoxsahəli maarifləndirici-elmi kompleksdir. Onun bazasında 14 humanitar və təbii-elmi istiqamətli fakültə və 7 tədris institututu işləyir. Ümumilikdə universitetdə təxminən 25 min tələbə təhsil alır.

KMU mütəxəssislərin fundamental və tətbiqi intizamlar sahəsində 70 təbii və ictimai-humanitar ixtisas və 153 ixtisaslaşma üzrə hazırlanmasını və yenidən hazırlanmasını həyata keçirir. Universitetdə 2000-dən yuxarı elmi-pedaqoji və 1000-dən yuxarı elmi işçi işləyir ki, dərs deyən tərkibin 80%-dən çoxu alimlik dərəcəsinə malikdir, 24%-i isə elmlər doktorudur.

Kiyev Universitetində belə fakültələr fəaliyyət göstərir:

  • Coğrafiya
  • Geologiya
  • İqtisadiyyat
  • Tarix
  • Kibernetika
  • Mexaniki-riyaziyyat
  • Hazırlıq
  • Psixologiya
  • Radiofizika
  • Sosiologiya
  • Fizika
  • Fəlsəfə
  • Kimya
  • Hüquq

Həmçinin universitetdə tədris institutları yaradılmışdır:

  • Hərbi;
  • Yüksək texnologiyalar institutu;
  • Jurnalistika institutu;
  • Beynəlxalq münasibətlər (KBMİ) institutu;
  • "Biologiya institutu" maarifləndirici-elmi mərkəz;
  • Diplomdan sonraki təhsil;
  • Filologiya.

Universitet strukturunda həmçinin fizika-riyaziyyat liseyi, informasiya-hesablama və nəşriyyat-poliqrafiya mərkəzləri, bir neçə astronomik rəsədxana, kitabxana, Fomin adına botanika bağı və Kanev qoruqu var.

2009-cu ildə "Kompas-2009" ümummilli reytinqin nəticələrinə görə Ukraynanın 234 ali təhsil müəssisəsi arasında Kiyev milli universiteti 1-ci yeri tutdu, 2010-cu ildə isə KMU Ukrayna Milli Texniki Universitetini "KPİ" irəli buraxaraq reytinqin 2-ci yerini tutdu. Azərbaycandan bir sıra nazir və nazir müavinləri, Xarici İşlər Naziri — Elmar Məmmədyarov və Maliyyə Naziri — Samir Şərifov, hər ikisi bu Universitetin məzunlarıdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

univ.kiev.ua — Taras Şevçenko adına Kiyev Milli Universitetinin rəsmi saytı

  1. 1 2 Directory of Open Access Journals. 2003.