Kiyev (ukr. Київ təlləfüzü Kıyiv [ˈkɪjiu̯]) — Ukraynanın paytaxtı və ən böyük şəhəri.
Kiyev | |
---|---|
Київ | |
50°27′00″ şm. e. 30°31′25″ ş. u. | |
Ölkə | |
Başçı | Vitali Kliçko[1] |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 482 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 179 ± 0 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +380 44 |
Poçt indeksi | 01000–06999 |
Nəqliyyat kodu | AA, KA |
Digər | |
kyivcity.gov.ua | |
Vikianbarda əlaqəli mediafayllar |
Kiyev Ukraynanın mərkəzi hissəsinin şimalında, Dnepr çayının sahilində yerləşir. Şəhər şimaldan cənuba 50 km, qərbdən şərqə 56 km uzanır. Əhali sayına görə Moskva, London, Paris, Sankt-Peterburq, Berlin və Madriddən sonra Avropanın yeddinci böyük şəhəridir.
"Zaman illəri haqqında salnamə"yə görə ("Повесть временных лет") şəhərin adı Kiyevin baniləri hesab edilən üç qardaşdan böyüyü olan Kiyin adından yaranıb.
Digər versiyaya görə, Kiyev şəhərinin əsası qədim türklər tərəfində qoyulub və "Kiyev" sözü türk dillərindəki "iki" və "ev" sözlərindən yaranıb[4][5].
Tarixi boyu Kiyev polyakların, Kiyev Rus dövlətinin, Kiyev knyazlığının, Ukrayna Xalq Respublikasının, Ukrayna dövlətinin, Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı olmuşdur. 1991-ci il 24 avqust tarixindən isə müstəqil Ukraynanın paytaxtıdır.
Kiyev 10 inzibatı rayona bölünür, onlar Dneprin sağ və sol sahillərində yerləşirlər. Demoqrafiya İnstitutunun və Ukrayna MEA-nın 2009-cu ilin əvvəlinə olan sosial tədqiqatlarına görə Kiyevin faktiki əhalisi 3144,3 min nəfər təşkil edirdi. Onların arasında 83 % — ukraynalılar, 14 % — ruslar, 3 % — yəhudilər, ermənilər və başqa millətlərin nümayəndələridir.
Kiyevdə üç aeroport mövcuddur: "Borispol" Beynəlxalq aeroportu, "Kiyev" (Julyanı) Beynəlxalq aeroportu və Qostomel yük aeroportu.
Həmçinin, şəhərdə bir neçə dəmiryol vağzalı var: Kiyev-sərnişin, Cənub vağzalı, Şəhərətrafı vağzal, Karavayevlər Bağı (şəhərətrafı), Darniskiy dəmiryol vağzalı, Kiyev-Moskva.
Kiyev Rusiya imperiyasında elektrik tramvaylarının işə salındığı ilk şəhərdir.
6 noyabr 1960-cı ildə Kiyevdə ilk metro stansiyasının açılışı olmuşdur. Şəhərin özündə üç sərnişin xətti ilə (Svyatoşinsko-Brovarskaya, Kurenyovsko-Krasnoarmeyskaya, Sıresko-Peçerski) metropoliten fəaliyyət göstərir. Hər gün metropolitendən təxminən 1,4 milyon sərnişin istifadə edir.
Böyük həcmli yüklərin daşınmasında Dnepr çayından istifadə olunur.
Bu gün Kiyev Ukraynada ən böyük elm və təhsil mərkəzlərindən biridir. Kiyevdə böyük miqdarı ali və orta xüsusi təhsil müəssisələri yerləşdirilmişdir, bir neçə beynəlxalq əhəmiyyətli universitetlər daxil olmaqla, həmçinin Ukraynanın üç ən nüfuzlu universiteti: Taras Şevçenko adına Kiyev milli universiteti, "KPİ" Ukraynasının Milli texniki universiteti və Milli universitet "Kievo-Moqilyanskaya akademiya".
Kiyevdə təxminən 350 məktəb, 100-dən çox gimnaziya və lisey, təxminən 70 ali məktəb vardır, o cümlədən:
Kiyev həmçinin Ukraynanın mədəniyyət və incəsənət mərkəzidir. Burada 27 muzey, 25 teatr və teatr-studiyalar vardır. 2005-ci ildə Kiyev 50-ci Avroviziya musiqi müsabiqəsinin keçirildiyi yeri oldu, 2012-ci ildə isə o Ukraynanın Avropanın futbol 2012 Çempionatını qəbul etmiş dörd şəhərlərindən biri oldu.
Ədalətli olaraq Kiyevi dünyanın ən yaşıl şəhərlərindən biri adlandırırlar, axı meşələr parklar və bağlar onun sahəsinin daha çox yarısını təşkil edir. Şəhərin ərazisində iki böyük botanika bağı var. Mayda bütün Kiyevdə təmtəraqlı çiçəklənən şabalıd ağacı şəhərin simvoludur.