Taras Şevçenko heykəli (Tiflis)

Taras Şevçenko heykəli (ukr. Пам'ятник Тарасу Шевченку) — Ukrayna şairi, yazıçısı, rəssamı və etnoqrafı Taras Şevçenkonun şərəfinə Gürcüstanın paytaxtı Tiflis şəhərində qoyulmuş abidə.

Taras Şevçenko heykəli
ტარას შევჩენკოს ძეგლი თბილისში
Map
Ölkə  Gürcüstan
Yerləşir Tiflis
Tikilib 2007
41°42′32″ şm. e. 44°46′46″ ş. u.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Abidə 2 mart 2007-ci ildə Gürcüstanda keçirilən Ukrayna ili çərçivəsində qoyulmuşdur. Açılış mərasimində Gürcüstanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Viktor Yuşşenko və Gürcüstan Prezidenti Mixeil Saakaşvili iştirak etmişdir. Dövlət başçıları Taras Şevçenkonun doğulduğu kənddən, Çerkassk rayonu Morins kəndindən gətirilmiş kapsuldakı torpağı abidənin təməlinə qoymuşlar[1].

Şairin vətənindən gətirilən tunc heykəl, Melikişvili küçəsində yerləşən parkda qoyulmuşdur. Abidədə Şevçenko üzündə ciddi bir düşüncə ilə böyük bir daş üzərində oturmuş vəziyyətdə təsvir edilir. Abidənin ölçüsü və yeri elə düşünülmüşdür ki, yaxınlaşan şəxs yazıçının yuxarıdan aşağı istiqamətlənmiş baxışını hiss edir[1]. Bürüncdən hazırlanan abidə elədə hündür olmayan, düzülmüş daş plitəni xatırladan postament üzərinə qoyulmuşdur.

Şairin doğöum günləri abidənin ətrafına çoxsaylı ukraynalı diaopora üzvləri toplaşır. Gürcüstandakı Ukrayna məktəblərində müəllifin əsərləri üçün müsabiqə keçirirlir, abidə yaxınlığında bayram konserləri təşkil edilir[1].

Ədəmiyyat[redaktə | mənbəni redaktə et]

  • Кучерук Олександр (письменник, директор Бібліотеки ім. О. Ольжича) Пам’ятники Шевченка на земній кулі… Від Мангишлаку до Вашингтона. // Черкаський край — земля Богдана і Тараса. Культурологічний збірник., К.: «Українські Пропілеї», 2002, стор. 67—80

Mənbə[redaktə | mənbəni redaktə et]

  • "Памятники Шевченко на сайте kobzar.info". 2014-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.
  • "Интерактивная карта памятников Тарасу Шевченко". 2018-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Taras Şevçenko heykəli (Tiflis)". Georgia. 2019-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.