Taraxacum

Zəncirotu (lat. Taraxacum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.

Zəncirotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Zəncirotu dərman əhəmiyyətli bitki olub, yarpaq və kökündə acı qlükozid, aşı maddəsi, inulin, fruktoza, A və C vitaminləri, həmçinin digər maddələr aşkar edilmişdir. Zəncirotunun kökündən iştahın artmasında, orqanizmdə qida həzminin yaxşılaşmasında, ödqovucu və qaraciyərin iltihabı xəstəliklərində istifadə edilir. Zəhərli olmasına baxmayaraq xalq arasında yarpaqlarını azacıq qaynar suda 3-5 dəqiqə pörtdükdən sonra ondan dolma hazırlanmasında istifadə olunur.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycan florasında 13 növü bitir. Əsas əhəmiyyət kəsb edən dərman, çəməncik və səhra zəncirotu növləridir.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Caramanica Tineo
  • Eriopus D.Don
  • Lasiopus D.Don
  • Neo-taraxacum Y.R.Ling & X.D.Sun
  • Wendelboa Soest