Tarixi ilu-Əfşar

Tarixi ilu-Əfşar - Ənvər Çingizoğlunun və Aydın Avşarın Avşar eli haqqında yazdığı kitab.

Tarixi ilu-Əfşar
تاریخ ایل افشار
Müəlliflər Ənvər Çingizoğlu, Aydın Avşar
Orijinalın dili Farsca
Orijinalın nəşr ili 2016
Nəşriyyat Yaz
Səhifə 180
ISBN ISBN 978-600-6854-41-0

Kitab haqda[redaktə | mənbəni redaktə et]

Azərbaycanlı jurnalist-etnoqraf Ənvər Çingizoğlunun və Aydın Avşarın "Tarixi ilu-Əfşar" (Avşar elinin tarixi) kitabı İranda işıq üzü görüb. Kitab İran Mədəniyyət və İslami İrşad Nazirliyinin icazəsi ilə “Yaz” nəşriyyatı tərəfindən yüksək poliqrafiya və nəfis dizaynla ərsəyə gəlib. Urmiyanın nüfuzlu "Yaz" nəşriyyatında fars dilində nəşr edilən monoqrafiya Azərbaycan xalqının etnogenezində iştirak edən avşarların tarixindən bəhs edir.

Təbrizdə yaşayan tədqiqatçı Pərviz Zare Şahmərəsinin şəxsi təşəbbüsü ilə çapa hazırlanan və nəşriyyatın hesabına çap olunan monoqrafiya Avşar elinin dünyaya bəxş etdiyi dühalardan, böyük simalardan söhbət açır.

İstinadlar[redaktə | mənbəni redaktə et]


Xarici keçidlər[redaktə | mənbəni redaktə et]