Pərviz Zare Şahmərəsi

Pərviz Zare Şahmərəsi (1972)—tədqiqatçı, tərcüməçi.

Pərviz Zare Şahmərəsi
fars. پرویز زارع شاهمرسی
Doğum tarixi (51 yaş)
Doğum yeri Təbriz, İran
Vətəndaşlığı İran İran

Həyatı[redaktə | mənbəni redaktə et]

Pərviz Zare Şahmərəsi 1972-ci ildə Təbriz şəhərinin Maralan məhəlləsində anadan olub. İbtidai və orta təhsilini doğma şəhərində alıb. Ali təhsil almaq üçün Zəncan şəhərinə yollanıb. Zəncan Universitetinin siyasi elmlər fakültəsini bitirib. 1998-ci ildən Tikmədaş şəhərində tarix müəllimi kimi fəaliyyətə başlayıb. Hazırda Təbriz şəhərində tarix müəllimi kimi çlışır.

Pərviz Zare Şahmərəsi doktorluq mövzusu Qarabağ tarixidir.

Pərviz Zare Şahmərəsi Azərbaycanın orta əsrlər tarixi, Qarabağ tarixi və İran tarixinə dair 10-dək monoqrafiya, kitab, elmi, elmi-publisistik məqalə, dövri mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir. Eyni zamanda irihəcmli tərcümələri vardır.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  1. Tarixi-Qarabağ, Tehran, Xarici İşlər nazirliyinin nəşriyyatı, 1997;
  2. Aşiqhaye-Azərbaycan, Təbriz, "Anas", 2007;
  3. Azərbaycane İran və Azərbaycane Qafqaz, Təbriz, "Əxtər", 2008;
  4. Bazihaye məhəlleye Azərbaycan, Təbriz, "Əxtər", 2008;
  5. Fərhəngeye Şahmərəsi türki-farsi, Təbriz, "Əxtər", 2008;
  6. Fərhəngeye Şahmərəsi türki-farsi, Təbriz, "Əxtər", 2009;
  7. Qarabağnamə, Tehran, "Şiraz", 2010;
  8. Fərhənge vaceqane daxili türki dər zəbanhaye farsi və ərəbi, Tehran, "Tak-derext", 2012;
  9. Zendegiye payambəri İslam, Təbriz, "Əxtər", 2015;

Tərcümələri[redaktə | mənbəni redaktə et]

  1. Məhəmməd Əmin Rəsulzadə, Siyavuşi-zəmane, Təbriz, 2007;
  2. Nəriman Həsənov, Səttar xan və cünbeşe-Azərbaycan, Tehran, "Şiraz", 2007;
  3. Tağı Musəvi, Çehel sənəde farsi əz cümhuriye Azərbaycan, Tehran, Xarici İşlər nazirliyinin nəşriyyatı, 2007;
  4. Seyidağa Onullahi, Tarix pənsəd saleye Təbriz, Tehran, "Əmir Kəbir", 2008;
  5. Təyyibə Ələkbərova, Cəmilə Sadıqova, Parsi pajuhane Azərbaycan, Tehran, "Əmir Kəbir", 2008;
  6. Cavad Heyət, Tarixe-müxtəsəre-türk, Tehran, "Pinar", 2010;
  7. Həvva Məmmədova, Faciyəye-Qarabağ, Urmiya, "Yaz", 2010;
  8. Şövkət Tağıyeva, Tufane-Təbriz, Təbriz, "Əxtər", 2011;
  9. Tofiq Nəcəfli, Qaraqoyunluhaye və ağqoyunluha, Təbriz, "Əxtər", 2011;
  10. Solmaz Qaşqay, Dövləte-Manna, Tehran, "Qoqnus", 2013;
  11. Əhməd Altınox, İran və Turan dər keşakeşe tarix, Təbriz, "SÜmer", 2015;
  12. Şövkət Tağıyeva, Tağı İbrahimov (Şahin), Tarixe nəvade saleye Azərbaycan, Təbriz, "Əxtər", 2015;
  13. Abdulla Fazili, Atropatena, Təbriz, "Əxtər", 2015;
  14. Ənvər Çingizoğlu, Aydın Avşar, Tarix ilu-Əfşar, Urmiya, "Yaz", 2016.

Tərtib etdiyi kitablar[redaktə | mənbəni redaktə et]

  1. Töhveye-Hüsam, Tehran, "Tak-derext", 2010;
  2. Kitabe-Dədə Qorqud, Tehran, "Tak-derext", 2013;

Elmi məqalələri[redaktə | mənbəni redaktə et]

  1. Qacarlar dövründə qarabağlıların siyasət və hakimiyyətdə rolu, "Soy" dərgisi, Bakı, 2010. səh.94–97.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]