Tariyel Abdullayev (tam adı: Tariyel Oruc oğlu Abdullayev; 1949, Şamxor rayonu, Azərbaycan SSR, SSRİ – 27 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Tariyel Abdullayev | |
---|---|
Tariyel Oruc oğlu Abdullayev | |
Doğum tarixi | 1949 |
Doğum yeri | |
Vəfat tarixi | 27 yanvar 1990 |
Vəfat yeri | |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Atası | Oruc |
Anası | Fatma |
Milliyyəti | azərbaycanlı |
1949-cu ildə Şamxor rayonunda (indiki Şəmkir rayonu) anadan olmuşdur[1]. Bakıda 54 nömrəli tam orta məktəbi bitirmişdir.[2] 4 nömrəli tikinti idarəsində rəngsaz işləmişdir.[3] Bəhruz və Firuz adlı iki oğlu yadigar qalmışdır.
XI Qızıl Ordu meydanında güllə yarası almışdır. Güllə arxadan dəymiş, qarın nahiyəsindən çıxmışdır. Xəstəxanaya aparılarkən maşın yenidən atəşə tutulmuş və aşmışdır. Tariyel Xəstəxanada 4 saat əməliyyat stolunda olmuş, işıqlar söndüyündən şam işığında əməliyyatı davam etdirilmişdir. İkinci dəfə yanvarın 22-də cərrahiyyə əməliyyatı aparılmış, lakin bu əməliyyatlar heç bir müsbət nəticə verməmişdir. Yanvarın 27-si aldığı xəsarətlərdən vəfat etmişdir.
Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Bakı, 5-ci mikrorayon, Tağızadə küçəsi, ev 38, mənzil 14.