Qaranüy — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində keçmiş kənd. Hal-hazırda Şəmkir rayonunun Dəllər Cırdaxan kəndinin tərkibində yaşayış massividir. Dəllər Cırdaxan bələdiyyəsinə daxildir.
Qaranüy | |
---|---|
40°55′10″ şm. e. 46°04′45″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şəmkir rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 206 m |
Saat qurşağı | |
Azərbaycan toponimlərinı 17 oğuz etnonimi geniş əksini tapmışdır (əfşar, kayır, karıq, bayat, eymur, iva, karkin, çuvaldar, bayandur, bektili, dügər, qaranüylü, xələc, kəndli, karabotik, çepni və salur). Qaranüy, yaşayış məntəqəsi kimi hələ XVIII əsrin əvvəllərindən mövcud olmuşdur. 1926-ci ilə aid olan və SSRİ dövründə hazırlanmış xəritədə kənd Karaküylü adı ilə göstərilmişdir.
Qaranüy yaşayış massivi rayon mərkəzindən 14 kilometr, Dəllər dəmiryolu stansiyasından 7 kilometr şimalda, Gəncə — Qazax düzənliyində Kür çayının yaxınlığında olan ərazidə yerləşir.
9 illik təhsil sisteminə aid olan T.Əliyev adına orta məktəb əhalinin xidmətindədir.
Əhalisi 870 nəfərdir.[mənbə göstərin]
Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Şəmkir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |