Tarla vələmirquşu

Tarla vələmirquşu (lat. Emberiza calandra) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü.

Tarla vələmirquşu
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Növ:
Tarla vələmirquşu
Beynəlxalq elmi adı

Azərbaycanda nominativ yarımnövlə təmsil olunmuşdur. Sərçədən bir qədər iridir. Rəngində parlaq fonlar yoxdur. Boğazı, döşü və qarnı bulaşıq-ağ, uzununa qonur alalıdır. Bədənin, qanadların və quyruğun üst hissəsi bozumtul-qonur, uzununa tünd-solğun alalıdır. Yuvalama dövründə tək-tək və ya cütlərlə, payızda və qışda isə sürü ilə gəzir. Çox vaxt kolların başına qonur. Yerdə yemlənir. Qışqırığı kəskin «cik-cik» kimidir. Nəğməsi gödək, quru cəh-cəhdir. Arealı Avropa, Asiyada, Şimali Afrikadadır. Azərbaycanda Böyük Qafqazın hündür dağlıqlarından başqa hər yerdə geniş yayılmışdır. Fızıllıq və kol qrupları olan açıq sahələrdə məskunlaşır. Bir qismi adətən aran rayonlarında qışlayır, qalanları isə cənuba uçur. Yuvasını yerdə qurur. Mövsümünə görə 2 dəfə apreldə və ya iyulda 4-5 bozumtul-ağ, çəhrayımtıl çaları və qonur xallı yumurta qoyur. Cücələrini yem və cücülərlə yuvalarında yemləyir.[3]

  1. Integrated Taxonomic Information System (ing.). 2007.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. "Emberizidae". 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-14.