Tarumovka — Rusiya Federasiyası, Dağıstan Respublikası, Tarumovka rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Tarumovka rayonunun və Tarumovka kənd sovetliyinin mərkəzidir. Tarumovka kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir[3].
Tarumovka | |
---|---|
44°04′25″ şm. e. 46°32′05″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1786 |
Mərkəzin hündürlüyü | 0 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 368870 |
Maxaçqala — Həştərxan magistralı üzərində yerləşir. Mahaçqaladan 175 km aralıda yerləşir. Ən yaxın dəmiryolu stansiyası Qarabağlıdır (kənddən 13 km məsafədə yerləşir).
1782-ci ildə II Yekaterina hökuməti Stavropol və Kuma ilə Terek çayları arasındakı torpaqlara dövlət kəndlilərinin köçürülməsi və kəndlilərə torpaqların paylanması haqqında fərmaz inzalamışdır.
kənd 1786-cı ildə həştərxanlı prakror Andrey tarumov tərəfindən saınmışdır. O, mülkiyyətində olan torpaqlara kəndliləri köçürüərək kəndi salmışdır. Kənd onun şərəfinə adlandırılmışdır. Kənddə yaşayan əhali Srednaya, Belovaya və Prorva çaylarında balıq ovu ilə, üzümçülüklə və ipəkçiliklə məşqul olurdular.
1856-cı ildə kənddə Müqəddəs Andrey Pervozvannı Kilsəsi inşa edilir. Kilsə yaxınlığında bir dini məktəb və kiçik mağazalar vardı. Andrey Tarumov torpaqda xristian kəndlilərini “əkməklə” nəinki tarixdə öz adı ilə yazdırmışdı, həm də böyük gəlirli torpaq mülkiyyəti təsis edə bilmişdi[4].
XX əsrin 80-ci illərinə görə kəndin əhalisi ruslardan ibarət idi. Ancaq respublikanın dağlıq rayonlarından əhalinin bura köçü və rus dili əhalinin kəndi tərk etməsi ilə əhalinin milli tərkibində köklü dəyişiklik baş vermişdir. 2010-cu il məlumatına görə kənddə əhalinin çoxluğunu avarlar təşkil etsə də, kənddə eyni saya yaxın rus və dargin yaşayır.
1926-cı il Ümumittifaq siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
ruslar | 1479 | 98,9 % |
ermənilər | 11 | 0,7 % |
qaraçılar | 5 | 0,4 % |
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[6]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
avarlar | 1 799 | 33,5 % |
ruslar | 1 361 | 25,3 % |
darginlər | 1 171 | 21,8 % |
ləzgilər | 207 | 3,9 % |
laklar | 190 | 3,5 % |
azərbaycanlılar | 148 | 2,8 % |
qumuqlar | 101 | 1,9 % |
digərləri | 395 | 7,3 % |
ümumi | 5 372 | 100 % |
Həvarri Andrey Pervozvannı Kilsəsi (1856-cı ildə inşa edilmişdir)
2 məscid.
Kənddə Kirov adına Bələdiyyə Unitar Müəsissəsi vardır. Müəssisə heyvandarlığın inkişafı üçün respublikada aparıcı rola malikdir və eyni zamanda kənd təsərrüfatı məhsullarının aparıcı istehsalçısıdır.