Tatami (畳胴具足?) və ya tatami gusoku (畳む,"Tatami" - "qatlamaq", "gusoku" - "zireh"?) — feodal Yaponiya dövründə samuray zümrəsinə daxil olan şəxslərin və onların əsgərləri olan aşiqarular tərəfindən istifadə olunmuş yüngül büküləbilən zireh.[1]Tatami do (bükülən zireh) və ya tatami katabira (zirehli jaket) tatami zirehi komplektinin əsas komponentləri idi.[2]
Tatami gusoku (bükülən zirehin tam komplekti) tatami do və ya tatami katabiradan (jaket), tatami kabuto (kask), çoçin kabuto, tatami zukin (başlıq) və ya başqa növ baş qoruyucularından və yapon zirehlərinə xas olan digər hissələrdən ibarətdir.[3] Söküləbilən haçi gane kimi qoruyucu başlıq və ənənəvi kabuto da tatami gusokunun hissələridir.[4]
Tatami zirehi yüngül, portativ, daşınma üçün rahatdır, aşiqarular üçün hazırlanması ucuz başa gəlir.[5] Tatami zirehi ən aşağı sinfə mənsub olan samuraylardan tutmuş ən yüksək sinfə mənsub olan samuraylara qədər bütün samuraylar tərəfindən geyinilmişdir. Lakin yüksək sinfə mənsub samuraylar bu zirehin daha inkişaf etdirilmiş versiyasını geyindikləri halda, aşağı sinfə mənsub olan samuraylar və xidmətçilər daha sadə versiyasından istifadə etmişdirlər.[6]
"Samurayın silahı və zirehi: Qədim Yaponiyada silahların tarixi" kitabında İan Bottomley karuta tatami do və karuta tatami kabuto (88-ci səhifə) haqqında məlumat vermiş,[7] kitabın 91-ci səhifəsində tatami do karuta gane do və kikko gane donun növlərini müzakirə etmişdir. Corc Kameron "Konstruksiya, dekorasiya lüğəti və silah ilə zirehin istifadəsi" adlı kitabının 606-cı səhifəsində kikko tatamizirehini göstərmişdir.[4]
[[Kikko (yapon zirehi)|Kikko]] kiçik altıbucaqlı dəmir və ya dəri lövhəciklərdir və arxadan parçaya tikilir.[1] Adətən kusari ilə bir-birinə birləşir.[2]
Edo dövrünə aid tetsu kikko tatami do. Altıbucaqlı yüngül, kiçik metal lövhəciklərdən (kikko) hazırlanmışdır.
Edo dövrünə aid kikko tatami do. Zireh altıbucaqlı kikko lövhəciklərindən ibarətdir. Kikkolar bir-biri ilə əlaqəlidir.
Edo dövrünə aid kikko tatami do bükülmüş vəziyyətdə.