Tatarıstan iqtisadiyyatı

Tatarıstan iqtisadiyyatı (tatar. Татарстан икътисады) — Rusiya Federasiyasının Tatarıstan Respublikasının iqtisadiyyatı.

Böyük sənaye müəssisələrinin olduğu, şoselərin, şərq və qərb, şimal və cənub keçid yollarının kəsişdiyi bir mövqedə dayanan Tatarıstan Rusiya Federasiyasının subyektləri içərsində iqtisadi inkişaf cəhətdən ən üst səviyyədə olan respublikadır.

Yanacaq və neft-kimya sənayesi Tatarıstanın əsas sənaye potensialını müəyyən edir. Tatarıstan neft, təbii qaz, gips qaynaqları baxımından olduqca zəngindir.

Ölkənin ən böyük təbii sərvəti neft və təbii qazdır. Tatarıstan ildə təxminən 32 milyon ton xam neft istehsal edir. Ölkədə bir milyard ton neft ehtiyatı olduğu təxmin edilir. Neft və qaz Elmet, Leninogorsk, Alabuga, Mendeleyev şəhərlərində çıxarılır. Çıxarılan neft boru kəməri ilə Moskva, Perm, Qorkiy, Kuybişev, Yaroslavl, Rezon və Başkırdistandakı zavodlara göndərilir.

Neft və qaz sənayesi ilə yanaşı kimya və neft-kimya sənayesi də inkişaf etmişdir. Kimya fabriklərində polietilen, aseton, sintetik kauçuk, film kimi dörd minə yaxın kimyəvi maddə emal edilməkdədir. Neft-kimya sənayesində xam neft, sintetik kauçuk, şinlər, polietilen və neft məhsulları üstünlük təşkil edir.

Ölkədə vertolyot, təyyarə, təyyarə mühərriki, TIR, avtomobil, kompressor və neft-qaz nasosla vurma təchizatları, yüksək texnologiyaya sahib elektrik cihaz istehsal edən şirkətlər var. "Kamaz" markalı yük maşını istehsalının 24%-i Tatarıstana aiddir. Ölkənin neft-kimya şirkətlərinin polietilen, sintetik kauçuk və avtomobil şini istehsal miqdarı Federasiya içində üçüncü yerdədir.

Ayrıca Kazanda təyyarə, kompüter, yük maşını və dizel mühərrik istehsal edən müəssisələr də vardır.