Taumatafakatanqihanqakoauauotamateaturipukakapikimaunqahoronukupokaifenuakitanatahu (mao. Taumatawhakatangihangakoauauotamateaturipukakapikimaungahoronukupokaiwhenuakitanatahu) — Yeni Zelandiyada yerləşən 305 metr hündürlüyündə təpə. Bu təpənin adını daha asan tələffüz etmək üçün yerli sakinlər tərəfindən çox vaxt qısaca Taumata (mao. Taumata) adlandırılır.
Taumatawhakatangihangakoauauo
tamateaturipukakapikimaunga horonukupokaiwhenuakitanatahu | |
---|---|
Taumatawhakatangihangakōauauotamateapōkaiwhenuakitānatahu | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 305 m |
Yerləşməsi | |
40°20′46″ c. e. 176°32′25″ ş. u. | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bu sözün təxmini tərcüməsi belədir: "İri dizləri olan və sürüşərək, dırmanaraq dağları udan, torpaq yeyən kimi tanınan Tamateanın öz burun fleytasında sevgilisi üçün musiqi çaldığı təpənin zirvəsi". 85 hərfli bu toponim bütün dünyada bir sözdən ibarət olan ən uzun toponimdir.
Bu adı tələffüz etmənin bir neçə versiyası mövcuddur. Məsələn, Ginnesin rekordlar kitabına toponimin 92 hərfdən ibarət olan adı daxil edilib.
Adın daha uzun versiyası yenidir və qısa versiyadan daha formaldır. Amma yerli əhali iddia edir ki, daha uzun versiya maorilər tərəfindən həmişə istifadə edilib. Dünyanın ən uzun adı olan yaşayış məntəqələrindən biri yerləşən Uelsin sakinləri iddia edirlər ki, bu toponim Böyük Britaniyadakı ən uzun adı (Llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysiliogogogoch) geridə qoymaq üçün qəsdən yaradılmışdır.