Taxus pendula

Giləmeyvəli qaraçöhrə (lat. Taxus baccata) — iynəyarpaqlılar fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyaslna aiddir – VU A2c+3c. Azərbaycanın nadir, relikt növüdür.

Giləmeyvəli qaraçöhrə
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ümumi yayılması

[redaktə | mənbəni redaktə et]

Rusiya, Gürcüstan Ermənistan, Şimali Afrika, Türkiyə, Kiçik Asiya, Baltikyanı ölkələri, Ukrayna, Skandinaviya, Avropanın Qərb hissəsi və Azor adalarında yayılmışdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Şamaxı, Quba, Zaqatala, Qəbələ, Xanlar, Lənkəran və Lerik rayonları ərazilərində təbii halda rast gəlinir.

Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində 1900–2500 m yüksəkliklərdə rast gəlinir.

Təbii ehtiyati

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda arealı geniş deyildir.

Bioloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Təbiətdə 20 m-ə qədər boy hündürlüyü olan, sıx budaqlı, yuvarlaq təpəli bir ağacdır. Tumurcuqları qəhvəyi və yaşılımtıl rəngdə, küt, dəyirmi və ya ovalşəkillidir. Saplaqların uzunluğu 1–2 mm-dir. Bitkinin cavan zoğları yaşıl rəngdə və elastikdir. İynəyarpaqları 1,0-2,5 sm uzunluğunda olub, tünd yaşıl rəngdə, ucu sivri və alt hissəsində stoma zolağı yoxdur. Yarpağın üst tərəfi tünd, alt tərəfi isə solğun yaşıl rəngdədir. Yarpaq saplaqları qısadır. Giləmeyvəli qaraçöhrə sıx çətirli, həmişəyaşıl iynəyarpaqlı, ikievli ağac və ya koldur. Azərbaycanda xalq arasında bu bitkiyə Avropa qaraçöhrəsi, "çürüməyən ağac" və ya "qırmızı ağac" da deyilir.

Bitkinin cavan yaşlarında gövdəsinin qabığı nazik, qırmızımtıl-boz, hamar olur, yaşlaşdıqca qalınlaşıb və üzərində çatlar əmələ gəlir. Erkək hamaşçiçəklərin uzunluğu 5 mm-ə qədər olub, kürəvaridir. Toxumları 6–8 mm uzunluqda, 4–5 mm enində qırmızı, şirəli, giləşəkilli, yumurtaşəkillidir, təpə hissəsi sivridir, lətli qatla örtülür. Yetişmiş toxumları qaidə hissəsində lətli, şirin, qırmızı rəngli toxumaltı əmələ gəlir. Toxumlarının üstü qırmızı şirəli giləyəbənzər lətli qatla örtülür. Buna görə də həmin növ giləmeyvəli qaraçöhrə adlanır.

Bitmə və iqlim şəraitindən asılı olaraq aprel-may aylarında tozlanır, meyvələri oktyabr ayında yetişir.

Bioloji, ekoloji və fitosenolojixüsusiyyətləri:

[redaktə | mənbəni redaktə et]

Mart-aprel aylarında, yuxarı dağ qurşaqlarında bəzən mayda tozlanır. Toxumları elə həmin il avqust-sentyabr aylarında (bəzən oktyabr ayında) yetişir. Toxumla, qələmlərlə, basdırmaqla və calaq edilməklə çoxaldılır; kötüyündən pöhrə verir və bu xüsussiyyətini qocalana qədər mühafizə edir. Tozlanması entomofildr. Toxumları quşlar və gəmirici heyvanlar tərəfindən yayılır. Mezofitdir, havanın rütubətliyinə tələbkardıt. Kölgəyə, şaxtaya və küləyə davamlıdır. Torpağa qarşı çox tələbkardır, çürüntüsü çox olan təzə, qalın əhəngli torpaqlarda daha çox yayılmışdır. Aşağı dağ qurşağından yuxarı dağ qurşağınadək, dəniz səviyyəsindən 1900 m-ə qədər yüksəkliklərdə bitir. Adətən enliyarpaqlı meşələrdə tək—tək və quruplarla dağınıq halda yayılaraq, ikinci və ya üçüncü mərtəbə əmlə gətirir. Fıstıq meşələrinin bəzi tiplərində (Fagetum taxosum) kol şəklini alır və meşəaltı bitki rolunu oynayır. Çox az hallarda edifikator olur (qaraçöhrə - fıstıq meşəliyi). Göbələk xəstəliklərinə qarşı davamlıdır, köklərində endotrof mikoriza əmələ gəlir.

Təbii ehtiyatın dəyişilməsi səbəbləri

[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir.

Mədəni şəraitdə Nəbatat bağlarında və parklarda becərilir.

Qəbul edilmiş qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmişdir.

Zəruri qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Yeni yasaqlıqların yaradılması vacibdir.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1040.