Taya mağaraları

Taya mağaraları (田谷の洞窟, Taya no dokutsu?) və ya Yuqa qrotu (瑜伽洞, Yuqado?)Yaponiyanın Yokohama şəhərində yerləşən süni mağaralar şəbəkəsi. Cosen məbədinin tərkibinə daxildir.[1]

Taya mağaraları
田谷の洞窟
Yerləşməsi
35°22′04″ şm. e. 139°31′19″ ş. u.
Ölkə
Şəhər
taya-josenji.jp/cave/
Taya mağaraları xəritədə
Taya mağaraları
Taya mağaraları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Qədim dəfnetmə mağarasının ərazisində yerləşdiyi güman olunan Taya mağaralarının tarixi məbədin qurulduğu 1532-ci ildən əvvələ aiddir. Bu tunellər Kamakura dövründə (1185–1333) qazılmış və Mantra sektasına mənsub olan buddistlər tərəfindən asketik təlim yeri kimi istifadə olunmuşdur. Onlar burada meditasiya ilə məşğul olarkən divarlara müxtəlif buddist qabartma naxışları həkk etmişdirlər. Mağaraların tağlarında və qum daşı divarlarından ibarət dar keçidlərində buddist ilahları və mifoloji varlıqları, eləcə də, sanskritcə işarələrin təsvirləri yerləşir.[1]

Edo dövründə baş vermiş zəlzələ nəticəsində mağaraların tağlı tavanının bir hissəsi çökmüşdür və mağaralar uzun müddət tərk edilmiş vəziyyətdə qalmışdır. 1830-cu ildə yerli kəndlilərin çəltik zəmilərini suvarmaq üçün mağarada yerləşən bulağın suyunu çəkməyə başlamışdırlar. Bu, buddist keşişlərinin mağaralara qayıtmasına və təlimlərinə davam etmələrinə səbəb olmuşdur.[1]

1927-ci ildə mağaralar ictimaiyyətə açılmışdır. Buna baxmayaraq, keşişlər burada təlim keçməyə davam edirlər.[1]

Xüsusiyyətlər[redaktə | mənbəni redaktə et]

Mağaranın Otonaşiqava (hərf. "səssiz çay") adı ilə tanınan bulağı mürəkkəb tunel sistemi boyunca axır və bəzi divarlardan aşağı tökülür. Bulağın keşiş Kukayın daş heykəlinə həsr olunmuş müqəddəs otaqdan keçən hissəsinə Almaz suyu adı verilmişdir. Almaz suyunun xəstəlik sağaldıcı və arzuları həyata keçirmə xüsusiyyətlərinə malik olduğuna inanılır. Başqa bir inanca görə mağaranı ziyarət etmək ruhu və bədəni arındırır.[1]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 "Taya Caves". Atlas Obscura (ingiliscə). 27 sentyabr 2023. 5 oktyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]