Ət-Tayyib Əs-Salih(ərəb. الطيّب الصالح) (1929 - 18 fevral 2009) — ən görkəmli Sudan yazıçılarından biri.
Ət-Tayyib Əs-Salih | |
---|---|
ərəb. الطيب صالح | |
Doğum tarixi | |
Doğum yeri | Merove, Sudan |
Vəfat tarixi | |
Vəfat yeri | London, Böyük Britaniya |
Vəfat səbəbi | böyrək çatışmazlığı[d] |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, jurnalist, diplomat, roman yazıçısı |
Əsərlərinin dili | ərəb dili |
Vikianbarda əlaqəli mediafayllar |
Sudanın şimalında dünyaya gəlmişdir.
Xartum Universitetini bitirdikdən sonra İngiltərədə London Universitetində təhsilini davam etdirmişdir. Kiçik fermer və dindar müəllim ailəsindən olan Ət-Tayyibin ilk məqsədi kənd təsərrüfatı sahəsində işləmək olmuşdur. Lakin, İngiltərəyə gəlməmişdən öncə radio verilişləri sahəsində çalışmışdır[1].
O, həm roman, həm də kiçik hekayələr müəllifidir. Onun ən məşhur əsəri 1966-ci ildə Beyrutda nəşr etdirdiyi "Şimala köç fəsli" romanıdır ki, burada sudanlı tələbələrin İngiltərədən vətənlərinə qayıdış dövrünün gəlib çatması təsvir olunur. 2001-ci ildə əsər Dəməşqdəki Ərəb Ədəbiyyatı Akademiyası tərəfindən "XX əsrin ən məşhur ərəb romanı" elan olunmuşdur. Əsər ərəbcə yazılmış, sonradan isə, ingilis və fransız dillərinə tərcümə olunub. Müəllifin digər əsərləri də ərəb dilindən 20-dən artıq dilə tərcümə olunmuşdur.
Ət-Tayyibin "Zeyinin toyu" adlı romanı Liviyada səhnələşdirilmişdir. Bundan əlavə, 1970-ci illərin sonunda bu ssenari əsasında küveytli rejissor Xalid Siddiqin çəkdiyi film Kann festivalında qalib olmuşdur.
Ət-Tayyib 10 ildən artıq Londonun ərəb dilli qəzeti olan "Əl-Məcəllə"nin köşə yazarı olmuşdur. Bundan əlavə, o bir müddət BBC-nin Ərəb şöbəsində işlədikdən sonra, Qətərin İnformasiya naziri vəsifəsinə keçmişdir.