Ob körfəzi[1] və ya Ob estuarisi — Kara dənizinin ən böyük körfəzi, Ob[2] çayının Estuarisi olaraq Qdansk yarımadası ilə Yamal yarımadası arasında yerləşir. Estuaridən şərqdə Taz estuarisi yerləşir. Tazov estuarisi Taz çayının mənsəbini təşkil edir.
Ob estuarisi | |
---|---|
О́бская губа́ | |
Ümumi məlumatlar | |
Tip | Estuari |
Dərin yeri | 25 m |
Yerləşməsi | |
68°50′30″ şm. e. 73°30′40″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Körfəzin uzunluğu 800 km, eni 30 – 80 km, dərinliyi isə 25 m təşkil edir. İyulda buzdan azad olunduğu halda, oktyabrda isə buz bağlayır.
Əsas yaşayış məntəqəsi Novıy Port, Yamburq, Kamennıy burnu.
Estuarinin dibi lillidir. Sahil xətti isə qumsallıqdır. Sahillərində meşələrə rast gəlinmir. Qərb hissələri isə nisbətən hündürdür. Bataqlıqlaşmış ərazilər çoxdur. Estuaridə adalara ancaq çayların mənsəb hissələrində rast gəlinir. Buxta və körfəzləri azdır. Ən iri buxtası Naxodkadır.
Estuariyə Ob çayından başqa bir neçə çay tökülür. Cənub-şərqdən Nadım və Nıda çayları estuariyə axır. Yamal yarımadasından axan çaylar isə qısa olması ilə seçilirlər. Düzən ərazidən axdığından kiçik çay gəmiləri bu çaylarda sərbəst hərəkət edə bilirlər. Burada yerləşən çaylara misal kimi Oya, İvoçka, Zelonaya, Seyaxa və Yadanı göstərmək olar.
Estuari balıqları ilə zəngindir. Burada həm dəniz, həm də çay balıqlarına rast gəlinir: Nərə, Çökə, Lota lota, Siyənək, Muksun.
Rusların Ob estuarisi ilə tanış olmaları 1600-cü ilə təsadüf edir. 1601-ci ildə Berrzovadan Taz çayının mənsəbinə Savluka Puşkin və knyaz Masalski gəlmişlər. Arxangelsk, Mezen və Pustozerks sakinləri dəfələrlə Onestuarisini üzərək öz istədiyi məntəqələrə gedirdilər.
1734-cü ildə leytenant Dmitriy Leonteviç Ovsin şimal ekspedisiyası zamanı Ob estuarisinin sahillərindən Yenisey çayının mənsəbinə qədər olan ərazilərdə araşdırmalar aparmışdır. 1738-ci ilin 8 avqust tarixində şturman Koşelevlə birlikdə bütün estuarininin sahillərini üzərək Kara dənizinə çıxır. Elə həmin ildə Şimal dənizlərində araşdırma aparan Malıqin Kara dənizinin körfəzlərini tətqiq edərkən Ob estuarisində olmuşdur. Leytenant Aleksey İvsnoviç Skrutov buzlar ilə mübarizə apararaq şimala üzmüş və Kara dənizinə çıxmışdır. 1828-ci ildə estuarinin qərb sahilinin sonuna kimi ştab-leytenant İvanov və İlya Avtonomoviç Berejnoy tərəfindən piyada şəkildə getmişlər. 1863-cü ildə M. K. Sidorov Ob estuarisi ilə Taz çayına üzmüşdür. 1877-ci ildə Avropadan[3] gələn Luiza şxunu Ob estuarisinə daxil olaraq Tobolska yan almışdı.
1895 və 1896-cı ildə polkovnik-leytenant Vilkinskinin rəhbərliyi ilə "Leytenant Ovsin" və "Leytenant Skuratov", gəmilərində Ob estuarisini tətqiq etmişlər. Buradan məlum olmuşdur ki, estuari gəmiçilik üçün tam yararlıdır. Bircə Ob çayının mənsəbində dərinlik azdır.