Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Hacıbala İbrahim oğlu Abutalıbov (13 may 1944, Krasnovodsk[1]) — Bakı Şəhər İcra hakimiyyətinin başçısı (2001–2018), Azərbaycan Respublikasının Baş nazirinin müavini (2018–2019).
Hacıbala Abutalıbov | |
---|---|
21 aprel 2018 – 21 oktyabr 2019 | |
Baş nazir | Novruz Məmmədov |
Əvvəlki | Abid Şərifov |
Sonrakı | Şahin Mustafayev |
17 yanvar 2000 – 30 yanvar 2001 | |
Baş nazir | Artur Rasi-zadə |
30 yanvar 2001 – 21 aprel 2018 | |
Əvvəlki | Rəfael Allahverdiyev |
Sonrakı | Eldar Əzizov |
16 fevral 1995 – 17 yanvar 2000 | |
Əvvəlki | Darvin Ağamalıyev |
Sonrakı | Natiq Mehdiyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 may 1944 (80 yaş) |
Doğum yeri |
|
Partiya | |
Təhsili | |
Fəaliyyəti | fizik, siyasətçi |
Dini | islam |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Hacıbala Abutalıbov 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. Əslən Naxçıvan Muxtar Respublikası Ordubad rayonundandır.
1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində A. F. İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olmuş, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1987-ci ildə isə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını almışdır. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.
H. Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişmişdir. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir.
1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur.
1999-cu ilin iyul ayında Azərbaycan Respublikası Prezidenti "Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında" Sərəncam imzalamışdır[2].
2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışmışdır.
2001-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
21 aprel 2018-ci ildə Azərbaycan Respublikasını Baş nazirinin müavini təyin edilmişdir.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür, ailəlidir, iki oğlu var.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |