Tekken (yap. 鉄拳) — Tekken seriyasından olan ilk oyun. PlayStation və avtomatlar üçün nəzərdə tutulmuş faytinq janrındakı oyunun istehsalçısı Namco şirkətidir. 1995-ci ildə isə seriyanın ikinci oyunu satışa çıxarılmışdır.
Tekken | |
---|---|
| |
Hazırlayan | Namco |
Yayımlayan | Namco |
Seriya | Tekken |
Buraxılış tarixi |
Oyun avtomatı 9 dekabr 1994 PlayStation 31 mart 1995 oktyabr 1995 noyabr 1995 PlayStation Network 3 iyun 2011 15 iyun 2011 |
Janrlar | Faytinq |
Dizaynerlər | Seiiçi Işii |
Bəstəkarlar |
Yoşi Arakaqa Yoşi Takayanaqi |
Texniki məlumat | |
Platforma | PlayStation 2, Arkade oyunu |
Oyun rejimi | birnəfərli oyun |
İdarəetmə | Costik, idarəetmək pultu |
Arkada platforması | Namco System 11 |
Rəsmi saytı |
Tekken ilk 3D formatında döyüş oyunlarından biri hesab olunur. Sega tərəfindən hazırlanmış Virtua Fighter oyunu isə tam olaraq 3D qrafik ilə hazırlanmış ilk döyüş oyunudur.
Standart olaraq hər döyüş iki raunddan ibarətdir. Buna baxmaraq, vaxt limiti də daxil olmaqla, hər döyüşdəki raundların sayını birdən beşə kimi seçmək mümükündür. Əgər vaxt bitməmiş qalib oyunçunu canını tam saxlaya bilsə, spiker "Perfect!" (azərb. Mükəmməl!) deyir. Oyunçu nokaut etməyə yaxın olarsa, spiker "Great!" (azərb. Əla!) deyir. Çox nadir hallarda olur ki, hər iki oyunçu eyni zamanda nokaut vəziyətinə düşür. Bu zaman spiker "Double K.O." (azərb. İkiqat K.O.) deyir. Kimsə məğlub olmamış vaxt bitərsə, o zaman sağlamlığı daha çox olan döyüşçü qalib hesab edilir. Əksər hallarda isə, hansısa personaj qalib gəlsə, "K.O." səsi eşidilir.
Oyun zamanı döyüşlərin keçirildiyi yerlər ekranın sağ aşağı küncündən qeyd olunur. Hər bir məkan real adları ilə adlandırılmışdır: Anqkor Vat (Kamboca), Sıçuan (Çin), Abidə vadisi (ABŞ), Çikaqo (USA), Kyoto (Yaponiya), Fici, Uindermir (Böyük Britaniya), Venesiya (İtaliya), Akropol (Yunanıstan), Kinq Corc adası (Antarktika), və Çiba Marine stadionu (Yaponiya).
Mishima Zaibatsu konqlomeratının güclü və qəddar sahibi Heyhati Misima uduş məbləği 1 milyard dollar həcmində olan "Dəmir Yumruğun Kralı" adlı döyüş turniri təşkil edir. Turnirin iştirakçılarından biri isə, Heyhatinin oğulluqdan çıxartdığı Kadzuya Misimadır. O, atasından qisas almaq üçün turnirə qatılmışdır.
Kadzuyanın 5 yaşı olanda, atası Heyhati oğlunu dağın zirvəsinə gətirərək onu qayadan aşağı atır. Bununla o, oğlunun geriyə qayıtmaq üçün gücünün olub-olmamasını yoxlamaq istəyirdi. Əgər oğlu qayanın dibindən geri qayıtsa, deməli o, gələcəkdə Zaibatsu şirkətinin varisi olacaqdır. Sınaqdan keçə bilməyən Kadzuya ölümcül xəsarətlər alır. Sonradan o, Şeytan Geni adlı enerjinin köməkliyi ilə daha da güclənmiş və atasından intiqam almaq gününü gözləmişdir.
Bu hadisədən 25 il sonra Dəmir Yumruğun Kralı adlı turnirin iştirakçılarından biri də məğlubedilməz Kadzuya Misimadır. Finala kimi yüksələn Kadzuyanın son raunnda Heyhati Misima gözləyir.
Kadzuya və Heyhatinin döyüşü, illər öncə atasının oğlunu qayadan aşağı atdığı yerdə baş tutur. Şeytanın Kadzuyaya verdiyi gücdən istifə edərək o, atasını məğlub edərək, Heyhatinin bədənini qayadan yerə atır. Qayadan aşağı baxaraq gülümsəyir. Kadzuya Misima artıq "Mishima Zaibatsu"nun sahibidir.
Oyundakı personajlar:
İcmallar | |
---|---|
Tənqidçilərin qiyməti | |
Mənbə | Reytinq |
Allgame | Arkada: [1] PS: [2] |
IGN | [3] |