Telma Tiksu (isp. Thelma Tixou; əsl adı: Telma Deliya Sukiyennik, isp. Thelma Delia Sukiennik; 4 may 1944[1], Buenos-Ayres – 15 yanvar 2019[2], Mexiko) — Argentina və Meksika teatr və kino aktrisası (1967–2013), müğənnisi, rəqqasəsi.
Telma Tiksu | |
---|---|
Doğum tarixi | 4 may 1944[1] |
Doğum yeri | |
Vəfat tarixi | 15 yanvar 2019[2] (74 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | beyin xərçəngi[d] |
Fəaliyyəti | aktrisa, müğənni, rəqqasə, vedet[d], televiziya aktrisası, kino aktrisası, teatr aktrisası |
Telma Tiksu 4 may 1944-cü ildə Argentinanın Buenos Ayres şəhərində anadan olmuşdur. Onun ailəsi Litva əsilli idi. Tiksunun anası Telmanın gələcəkdə yaxşı bir rəqqas olacağını düşünürdü, buna görə də qızını rəqs kurslarına göndərmək fikrinə gəlmişdir.[3] Tiksu 17 yaşında ikən Buenos Ayres şəhərində keçirilən bir rəqs müsabiqəsində 10 rəqqas arasından ən yaxşısı seçilmişdir. Onun rəqqaslıq fəaliyyəti Argentina kinematoqraflarının diqqətini cəlb etmişdir. Argentina kinosundakı debütünü 1967-ci ildə edən Tiksu 9 kinofilmdə və bir teleserialda rol almışdır. Telma Tiksu 15 yanvar 2019-cu ildə vəfat etmişdir.[4]