Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Telman Qarayev (Telman Fərman oğlu Qarayev; 2 avqust 1934, Ağdam) — Əməkdar jurnalist, publisist.
Telman Qarayev | |
---|---|
Telman Fərman oğlu Qarayev | |
Doğum adı | Telman Qarayev |
Doğum tarixi | |
Doğum yeri | Ağdam, Sarıcalı, SSRİ |
Vətəndaşlığı | SSRİ- Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Fərman Qarayev |
Təhsili | Azərbaycan Dövlət Universiteti(BDU) |
İxtisası | Jurnalistika |
Fəaliyyəti | jurnalist |
Fəaliyyət illəri | 1962-2006 |
Mükafatları |
Telman Fərman oğlu Qarayev 1934-cü ilin avqustunda Ağdam rayonunun Sarıcalı kəndində dünyaya gəlib.1961-ci ildə Azərbaycan Dövlət Universetinin jurnalistika şöbəsini bitirib. Sonra Azərbaycan Dövlət Televeziya və Radio Komitəsinə təyinat almışdır. Qısa müddət orada çalışdıqdan sonra respublika mətbuatı ilə əlaqə saxlamışdır. "Azərbaycan pioneri", "Azərbaycan gəncləri"qəzetlərində əməkdaşlıqdan sonra 1968-ci ildən 1975-ci ilədək "Ədəbiyyat və İncəsənət" qəzetində musiqi şöbəsinə rəhbərlik etmişdir.1975-ci ildə Azərbaycan Dövlət Televiziyasının Musiqi redaksiyasına baş redaktor vəzifəsinə dəvət olunmuşdur. Bu müddət ərzində 0, "Ədəbiyyat və incəsənət" qəzetindəki yaradıcılığından bəhrələnərək olduqca maraqlı layihələri ekrana gətirmişdir. "Romans axşamı", "Xalq inciləri","Sözlü-nəğməli qonaqlar", "Nəğməli sətirlər", Moskvada keçirilən "Poeziya bayramı" televeziya günlərindən hazırladığı maraqlı proqramlar yaddaşlara yazılmış, maraqla qarşılanmışdır. Həmçinin onun müəllif və aparıcısı olduğu verilişlərin sədası Kondisionerlər zavodundan, Elektrotem, Soyuducular, Azon və Lampa zavodlarından, Tikiş fabrikindən, Neft Daşlarından, Aktyorlar evindən, Teleteatrdan, respublikamızın ən böyük şəhərlərindəm, habelə birbaşa canlı studiyadan gəlirdi. Jurnalistin yadda qalan verilişlərindən Rəşid Behbudova, Şövkət Ələkbərovaya, Rübaba Muradovaya, Fatma Mehrəliyevaya, əsrin yaşıdları olan Ramazan Xəlilova, Qulam Məmmədliyə, Qubad Qasımova, eyni zamanda Qarabağda keçirilən "Xarıbülbül" Beynəlxalq Muğam festivalına həsr etdiyi proqramlar da Azərbaycan televeziyasının sayılıb-seçilən verilişlərindən olmuş, musiqi ictimaiyyətinin dərin rəğbətini qazanmışdır. Yaradıcılığının davamı kimi Telman Qarayevin Azərbaycan radiosundaki fəaliyyəti son dərəcə səmərəli olmuşdur. "Arzu musiqi poçtu", "Yaradan əllər", "Bəstəkarlarımızın iş otağında", "Ürək telləri", "Ömrümüzdən keçən səslər", "Musiqimiz — doğmalar-yadlar", "Gəzdim, gördüm obanı" silsiləsindən olan verilişlər radionun "Qızıl Fond"unda qorunur. Telman Qarayevin radiodaki son fəaliyyəti Məktublar, müxbirlər, yerli radiolar və canlı yayım birləşmiş qurumuna rəhbərliyi ilə daha məhsuldar olmuşdur. "Dünəndən bugünə", "Dünya bir pəncərədir", "Borc", "Ömür yolu", "Məktub həftəsi", "Dilək ağacı", "Özümüz-sözümüz","Yeni ünvanlar", "Uğur", Qədim yurdun bugünü","Bölgələrdən səslər" adlı müəllif və redaktorluğu ilə hazırlanan verilişlər bu gün də Azərbaycan Radiosunun efirində səslənməkdədir. Telman Qarayev 2006-cı ildən səhhətindəki problemlərlə bağlı fəaliyyətini dayandırsa da, 1500 səhifəlik "Sənətin keçdiyi yollar" trilogiyasını yaratmağa nail olmuşdur. Onun yaşadığı mənzildə 5 mindən çox səs sərvəti toplanıb. Bu səslər müəllifin əsasən Azərbaycanın korifey sənətkarlarından, habelə dünyanın məşhur sənət ulduzlarından və müasirlərindən aldığı müsahibələr hesabına yaranmışdır.[1][2][3][4]
4 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist" fəxri adı ilə təltif edilib[5]
Bir qız, iki oğul atasıdır..