Teodor Yakovleviç Şarinski (22 noyabr 1911, Bakı – 18 may 1993, Bakı) — SSRİ memarı və mühəndisi, Azərbaycan SSR əməkdar mühəndisi (1974), Azərbaycan SSR Dövlət mükafatı (1982) laureatı.
Teodor Şarinski | |
---|---|
rus. Теодор Яковлевич Шаринский | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | ? |
Vəfat yeri | |
Təhsili | Azərbaycan Sənaye İnstitutu (1936) |
İşləri və nailiyyətləri | |
Mükafatları |
|
Teodor Yakovleviç Şarinski 22 noyabr 1911-ci ildə Bakıda anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunu bitirmiş, Böyük Vətən müharibəsində iştirak etmişdir.[1]
Teodor Şarinski 1939-cu ildən Bakı Şəhərinin Planlaşdırılması və Mülki Mənzil Tikintilərinin Layihə İnstitutunda ("Bakdövlətlayihə") işləmiş, 1948-ci ildən burada baş mühəndis olmuşdur. Onun yaradıcılığında şəhərsalma işləri əsas yer tutmuşdur. O, Bakının baş planları (1952–1954, 1976–1982), Abşeron yarımadasının planlaşdırılması (1952–1956) və başqa layihələrin rəhbəri olmuş, Bakıdakı "Gülüstan" saray kompleksinin (1980) yaradılmasında iştirak etmişdir.
Teodor Şarinski 1955-ci ildən Sov.İKP üzvü olmuş, 1-ci və 2-ci (2 dəfə) dərəcəli "Vətən müharibəsi" ordeni, "Qırmızı ulduz", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir. Ona 1974-cü ildə "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmiş, 1982-ci ildə isə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur.