Teofor adlar

[mənbə göstərin]

Ön Asiyada bir çox tayfaların, Azərbaycanda isə arattaların, kutilərin, lulubilərin, kasların, daha sonra mannalarmadayların şəxs adlarının mənalarını və kökənlərini üzə çıxarmaq olduqca çətindir. Bunun bir neçə səbəbi var. Əvvəla bu etnoslarda şəxs adlarının bir çoxu kökən etibarilə qədim şumerlərlə bağlıdır. Şumerlərin adları isə semit mənşəli akkad adları ilə qarışmışdı.İkincisi şumer və akkad adları əksər hallarda teofor adlar idi. Yəni qəbilə tanrılarınn adları şəxs adlarının bir hissəsini təşkil edirdi. Ümumiyyətlə, qədim qəbilələrdə dini görüşlərdə, fərdlərlə qəbilə tanrısı arasındakı münasibətin aspekti, bu əlaqənin əqidələrdə və ianamlarda əksinitapmanın mahiyyəti etnoqrafiya elmində mübahisəli məsələlərdəndir.

Qəbilə tanrıları qəbilənin və ailənin himayəçiləri ilə sayıldığına görə uşaqlara ad vermədə tanrı adları əksini tapmalı idi. Teofor adlar belə yaranırdı. Bu adların yaranma motivi, şübhəsiz ki, tanrıların tərifi, uşağın doğulmasına görə təşəkkür, uşağın sağlam olmması üçün yalvarış və s. ola bilərdi.

Deyilənlərdən aydın olur ki, teofor adlar iki hissədən ibarəət olmalı idi: tanrının adı, tanrıya yalvarış, təşəkkür, dua və s. Ona görə də adların bir komonentini təşkil edən bu sözlər yerli etnosun dilində olmalı idi. Teofor adlarda etnoloqları maraqlandıran da məhz bu komponentlərdir. Məsələn, şumerlərdə Utu-man-sum “Utu tanrısı onu (körpəni) mənə verdi”, Nanna-man-ba “Nanna ilahəsi onu mənə bağışladı”, Nanna-qat-il “Nanna mən yaşayacağam, Nanna-zi-mu “Nanna həyatımdır”

Teofor adlar başqa yolla da yaranırdı: qəbilə tanrları həm də “çar”, ”hakim” mənalarında işlədilirdi, çünki hakimlər qəbilə tanrılarının adlarını qəbul edirdilər. Bu qəbilə başçsının həm də baş kahin olmas ilə də əlaqədar ola bilərdi. Məsələn, şumerlərdə Namtar tanrısının adı ilə Ur-nammu şəxs adı məlumdur.

Şumerlərdə An, Ea, Enlil, Ki, Utu, Ninni, İnanna, Huma (Huma ilahəsinin adı Altay mənşəli Umay, Humay ilahəsinin adı ilə eynilliyi diqqəti cəlb edir), Zuən, Şar (şumerlərin Umma şəhərinin tanrısı), Lulubilərdəkaslarda Harbe, Kiur (qədim türklərdə Kuar tanrısı ilə eyniliyi diqqəti əlb edir) və başqa tanrıların adları ilə çoxlu şəxs adları məlumdur.