Terabitiyaya körpü (film, 2007)

Terabitiya körpüsü (ing. Bridge to Terabithia) — 2007-ci ildə çəkilmiş fantastik dram filmi. Rejissoru Qabor Çupo olan filmin ssenari müəllifləri David L. PatersonJeff Stockwell-dir. Film Katerine Patersonun eyni adlı romanı əsasında ABŞda Walt Disney Pictures tərəfindən istehsal olunub. Filmin ulduzları sırasında Josh Hutcherson, AnnaSophia Robb, Robert Patrick, Bailee Madison, Zooey Deschanel yer alıb. Terabitiya körpüsü filmi Terabitiya adlanan fantaziya dünyasını yaradan və tərk edilən ağac evində boş vaxtlarını birlikdə keçirən Cess Aarons və Lezli Burk adlı 10 yaşlı qonşulardan bəhs edir.

Terabithia körpüsü
Bridge to Terabithia
Janr fentezi filmi[d][1][2][…], macəra filmi[2][3][…], uşaq filmi[d], dram filmi[3][1][…], ədəbi əsər ekranlaşdırılması[d]
Rejissor Qabor Çupo
Prodüserlər David L. Paterson
Lauren Levine
Hal Lieberman
Ssenari müəllifləri David L. Paterson
Jeff Stockwell
Baş rollarda Josh Hutcherson
AnnaSofiya Robb
Robert Patrick
Bailee Madison
Zooey Deschanel
Bəstəkar Aaron Ziqman
İstehsalçı Walt Disney Pictures
Distribütor Netflix, Disney+
İlk baxış tarixi 16 fevral 2007
Müddət 95 dəq.
Büdcə $ 20 milyon
Gəlir $137,587,063
Ölkələr ABŞ
Yeni Zelandiya
Dil İngilis dili
Rəng rəngli
Çəkiliş yeri Yeni Zelandiya
IMDb ID0398808

Orijinal roman müəllifin oğlunun uşaqlığındakı hadisələrə əsaslanır. Filmin istehsalı 2006-ci ilin fevralında başladı və noyabrında başa çatdı. Əsas çəkiliş Yeni Zelandiyanın Aukland adlı bölgəsində altmış günə baş tutub. Filmin montajına 10 həftə sərf olunmasına baxmayaraq, televiziya proqramının, musiqi və vizual effektlərin quraşdırılması bir neçə ay çəkdi.

Terabitiya körpüsü filminin buraxışılışı kifayət qədər uğurla nəticələndi və tənqidçilər tərəfindən uşaqlar üçün olan romanlara sadiq qalan bir layihə adlandırdı. Film üçün 7 mükafat təyin olundu, Cavan Artist Mükafatı nominasiyasında 5 mükafat qazandı.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

ABŞ filmlərinin siyahısı

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçid[redaktə | mənbəni redaktə et]