Terebint püstəsi

Aralıq dənizi, Mərakeş və portuqaliyada, Kanardan Suriya, Livan və İsrailə qədər olan ərazilərdə yaylımışdır.

Terebint püstəsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü təxminən 5–10 m-ə çatan iri kol və ya kiçik ağacdır. Yarpağı tökülən ikievli bitkidir. Yarpaqların dəstədə sayı 3–9 olub, uzunluğu 10–20 sm, mürəkkəb, tək lələkvaridir. Çiçəkləri bircinsli, xırda, qırmızımtıl-bənövşəyi rəngli iri süpürgəyə yığılmışdır. Aprel ayında çiçəkləyir, meyvəsi sentyabr-oktyabr ayında yetişir. Çiçəkyanlığı sadə,2–6 xırda yarpaqdan ibarətdir. Meyvələri xırda, qırmızı rəngli, yetişdikdə qaralan şarşəkilli çəyirdəklidir. Toxum və pöhrələrlə çoxaldılır.

Quraqlığa və şaxtayadavamlıdır. İşıq və istisevəndir. Dağların quru yamaclarında, işıqlı meşələrdə rast gəlinir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mərdəkan dendrarisində 1978-ci ildən introduksiya olunmuşdur.bakı şəhərində mədəni şəraitdə becərilir.

Bitkinin üyüdülmüş və qovrulmuş meyvələrindən hazırlanan içki menengiç qəhvəsi (türk. menengiç kahvesi),[2] kürd qəhvəsi (kürd. قاوەی کوردی; Qehweya Kurdî; Qehweya Kezwanan)[3] adları altında tanınır.

Məlumat mənbəsi

[redaktə | mənbəni redaktə et]
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1025.
  2. "Arxivlənmiş surət". 2024-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-09.
  3. "Arxivlənmiş surət". 2024-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-09.