Terekli Məktəb – Rusiya Federasiyasının Dağıstan Respublikasının Noqay rayonunun inzibati mərkəzi. Terekli məktəb Dağıstanın şimal-qərbində Noqay çölünün mərkəzində yerləşir. Qəsəbənin 75 km ndə, avtomobil yolu üstündə Qızılyar şəhəri yerləşir. Əhalisi 7000 nəfərdir.
Terekli-Məktəb | |
---|---|
44°09′55″ şm. e. 45°52′16″ ş. u. | |
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 368850 |
Qəsəbənin yaranma tarixi XVIII əsrə aiddir. Tarixi xəritələrə görə indiki qəsəbə qaranoqayların, ermənilərin və rusların yaşadğı iki auldan ibarət imiş. Qəsəbənin adı Terek və məktəb sözləri ilə bağlıdır. Terekli-məktəb bütün noqay xalqının paytaxtı hesab olunur. Qəsəbənin Şərəf Xiyabanında 11 Müharib və Əmək qəhrəmanı büstü var.
Qəsəbədə, kənd məktəbləri üçün noqay dili müəllimlərini hazırlayan Xasavyurd Pedoqoji kollecinin, və Moskva Humanitar Universitetinin filialları var. Eləcə də Uşaq İncəsənət məktəbi, Xalq Teatrı, Dramatik Teatr və bir çox folklor və etnoqrafik ansambllar.
Qəsəbədə ASC "Qızlyar yaq zavodu", MMC "Step"(ət məhsulları satışı) və sairə. Kənd təsərrüfat müəsisələri MMC "İsmail". Tikinti sahəsində MMC "Aqat", MMC "Edil bay".